Redaktor
Gələn ilin dövlət büdcəsi qəbul edildi
Milli Məclisdə gələn ilin dövlət büdcəsi qəbul edilib.
Valyuta.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.
2026-cı il dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7929,4 milyon manat və ya 25,8 faiz artıb.
Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25774,0 milyon manat nəzərdə tutulur ki, bu da 2025- ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1899,0 milyon manat və ya 8,0 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1393,2 milyon manat və ya 5,7 faiz çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1646,0 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır.
2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16435,0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22174,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1876,0 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2129,0 milyon manat və ya 10,6 faiz çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1126,6 milyon manat və ya 6,4 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2573,8 milyon manat və ya 13,1 faiz çox proqnozlaşdırılır.
2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9639,0 milyon manat və ya 30,1 faiz artıb.
Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60,3 faiz və ya 25161,2 milyon manat (2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrasına nisbətən 3817,2 milyon manat və ya 17,9 faiz çox), əsaslı xərclər 33,8 faiz və ya 14084,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya 2457,6 milyon manat (2025-ci illə müqayisədə 58,0 milyon manat və ya 2,4 faiz, 2024-cü ilin icrasına nisbətən 1162,0 milyon manat və ya 89,7 faiz çox) təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsinin cari xərclərinin 88,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd çoxdur.
2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10247,6 milyon manat (2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çox) və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7038,5 milyon manat (2025-ci illə müqayisədə 1529,1 milyon manat və ya 27,8 faiz çox) və ya xərclərin 16,9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1380,6 milyon manat (2025-ci illə müqayisədə 80,6 milyon manat və ya 6,2 faiz çox) və ya xərclərin 3,3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1071,4 milyon manat və ya xərclərin 2,6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3308,1 milyon manat və ya xərclərin 7,9 faizi həcmində, sosial ödənişlərə 3433,6 milyon manat (2025-ci illə müqayisədə 68,9 milyon manat və ya 2,0 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62,1 milyon manat (2025-ci illə müqayisədə 11,1 milyon manat və ya 21,6 faiz çox) və ya xərclərin 0,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8 milyon manat və ya xərclərin 33,3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0 milyon manat və ya xərclərin 0,4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0 milyon manat və ya xərclərin 2,7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına “Sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari ilin səviyyəsindədir.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026- cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025