Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq

Redaktor

24.11.2025 14:25
262

Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq

Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Bildirilib ki, bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alır.

Eyni zamanda qeyd olunub ki, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək:

"Qeyd edək ki, Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib".

Hazırda pozitiv siyahı hazırlandığı nəzərə çatdırılaraq əlavə olunub ki, bu siyahıya ürək-damar xəstəliklərində istifadə olunan antihipertenziv dərmanlar daxil ediləcək. Vurğulanıb ki, siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar - təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.

Agentlyin verdiyi məlumata görə, dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər:

"Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri - elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir".

©Milli.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...