Redaktor
Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir
Fransada taksi sürücüləri tibbi daşımacılıq tariflərinin azaldılmasına qarşı kütləvi etiraz aksiyası keçiriblər.
Valyuta.az xəbər verir ki, aksiya əsasən Paris ətrafı və İl-de-Frans regionunda təşkil olunub. Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Bildirilir ki, səhər saatlarında etirazçılar A1 və A13 magistral yollarından istifadə edərək paytaxt Paris istiqamətində hərəkət ediblər. Onlar parlamentin iclas zalı qarşısında toplaşmağı planlaşdırır. Tıxacların uzunluğunun 400 km-dən çox olduğu qeyd olunur.
Taksi sürücüləri tibbi daşımacılıq qiymətlərinin azaldılmasını nəzərdə tutan yeni qanun layihəsinə qarşı çıxır və tariflərin indiki səviyyədə qalmasını tələb edirlər.
Bənzər vəziyyət Qırğızıstanın paytaxtı Bişkekdə də yaşanıb. Orada "Yandex Taksi" platformasına bağlı 50 sürücü şirkətin ofisi qarşısında aksiya keçirib. "İnterfaks" xəbər agentliyinin məlumatına görə, sürücülər xidmət üçün tətbiq edilən 21%-lik komissiyanın azaldılmasını tələb ediblər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025