Redaktor
Ən gənc milyarder uğurun sirrini açıqladı
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın ən gənc milyarderləri siyahısına daxil olub və bununla da Z nəslinin işə münasibəti ilə bağlı yayılmış fikirləri təkzib edib.
Valyuta.az "Fortune" nəşrinə əsasən xəbər verir ki, Fudi və məktəb yoldaşları "Mercor" platformasının əsasını Braziliyanın San-Paulu şəhərində keçirilən hakatonda qoyublar.
Onların məqsədi süni intellekt vasitəsilə işə qəbul prosesinin avtomatlaşdırılması olub. Hazırda platforma müraciətləri analiz edir, namizədləri seçir və ilkin müsahibələri həyata keçirir.
Layihə çox qısa müddətdə inkişaf edib: təsisçilər cəmi doqquz ay ərzində ideyanı əvvəlcə milyon dollarlıq dövriyyəsi olan biznesə, daha sonra isə 10 milyard dollar dəyərində startapa çeviriblər.
Uğura fokuslanmaq üçün Fudi Corctaun Universitetindəki təhsilini yarımçıq qoyub və bütün vaxtını "Mercor"a sərf edib. O bildirib ki, fasiləsiz çalışma vərdişi nəticədə onu milyarder statusuna gətirən əsas amillərdən biri olub.
"Mən istirahət günü götürə bilmirəm. İstər-istəməz yenidən işə qayıtmaq istəyirəm. Əsas məsələ həyatını həsr edə biləcəyin bir işi tapmaqdır", - deyə o qeyd edib.
"Fortune" yazır ki, "Mercor"un üç təsisçisi milyarder statusuna Mark Zuckerbergdən daha gənc yaşda nail olublar.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025