Redaktor
Dünya Riyaziyyat Olimpiadasının Azərbaycanlı qalibini siz də tanıyın!
Oxbridge Academy-nin 12-ci sinif şagirdi beynəlxalq riyaziyyat olimpiadalarında böyük uğurlar əldə edib.
Valyuta. az bildirir ki, Oxbridge Academy, Britaniya kurikulumu üzrə A-Level təhsilinin son ilini tamamlayan Nuray Hüseynlinin beynəlxalq arenadakı diqqətəlayiq nailiyyətlərini qürurla elan edir.
Nuray ölkəmizin ən uğurlu gənc riyaziyyatçılarından biri kimi dünyanın ən çətin müsabiqələrində yüksək nəticələr göstərib.
O, dünyanın ən nüfuzlu və çətin olimpiadalarından biri hesab edilən World Math Team Championship (WMTC) yarışında qızıl medal qazanıb. Bu uğura görə Nuray Azərbaycan milli komandasına seçilib və ölkəmizi Tailandda keçiriləcək qlobal mərhələdə təmsil edəcək.
Onun əldə etdiyi digər nailiyyətlər:
Qızıl medal – Math Olympiad USA
Gümüş medal – International Math Challenge (IMC)
Bürünc medal – Future Intelligence Science Olympiad (FISO)
Bürünc medal – American Math Olympiad (AMO)
Qızıl medal, I yer – Constructor Spring Challenge (Riyaziyyat və Proqramlaşdırma)
Qızıl medal – STEM Math Olympiad (qlobal mərhələ)
Qızıl medal – Neo-Science Math Olympiad
Bu nailiyyətlər Nurayın fədakarlığını, analitik bacarıqlarını və riyaziyyata olan güclü marağını nümayiş etdirir. Oxbridge Academy onun uğurlarını yüksək qiymətləndirir və beynəlxalq arenada yeni qələbələr qazanacağına inanır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025