Redaktor
Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz növbəti həftə açıqlanacaq büdcə planı çərçivəsində elmi-tədqiqat və inkişaf (R&D) sahəsinə 86 milyard funt sterlinq (təxminən 116 milyard dollar) vəsait ayıracaq.
Valyuta.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Elm, İnnovasiya və Texnologiya Departamenti (DSIT) məlumat yayıb. Bildirilir ki, bu maliyyə paketi 2029/2030-cu ilədək hər il 22,5 milyard funt sterlinqdən artıq məbləğ təşkil edəcək və yeni iş yerlərinin yaradılmasına, eləcə də iqtisadi artıma təkan verəcək. Vəsait yeni dərmanların hazırlanması, daha uzunömürlü batareyalar və süni intellekt sahəsində nailiyyətlər də daxil olmaqla geniş spektrdə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Rryçel Rivz çərşənbə günü ümumilikdə 2 trilyon funt sterlinqdən çox dövlət vəsaitini müxtəlif nazirliklər arasında bölüşdürəcək. Bu qərarlar hökumətdə ilk ilini qeyd edən Leyboristlərin qarşıdakı dörd ildə nələrə nail ola biləcəyini müəyyən edəcək.
Qeyd edək ki, bu açıqlama R.Rivzin ötən həftə İngiltərənin şimalı, Midlend və cənub-qərb bölgələrində şəhərdaxili nəqliyyat layihələrinə 15,6 milyard funt sterlinq ayırmaq öhdəliyindən sonra verilib.
©Azərtac
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025