Redaktor
"Bitcoin" 100 min dollar həddinin altına düşdü - 4 aydan sonra ilk dəfə
Bitcoin 100 min dollar həddinin altına düşüb.
Valyuta.az xəbər verir ki, Bitcoin dörd aydan sonra ilk dəfə 100 min dolların altına enib. Kriptovalyutanın qiyməti gün ərzində 5% azalaraq 99 966 dollara qədər düşüb. Bu, iyun ayından bəri ən aşağı səviyyədir.
Ekspertlərə görə, azalma süni intellektlə bağlı səhmlərin yüksək dəyərləndirilməsi fonunda riskli aktivlərdən uzaqlaşma meyli ilə bağlıdır. Ether də 9% ucuzlaşaraq 3 275 dollar səviyyəsinə enib.
“Bitcoin və ümumilikdə kriptobazar hazırda tükənmiş vəziyyətdədir. Yaxşı xəbərlər belə bazara ciddi təsir göstərmir”, - deyə Codex platformasının təsisçisi Haonan Li bildirib.
Analitiklər qeyd edirlər ki, fərdi investorların aktivliyi əvvəlki dövrlərlə müqayisədə azalıb. Compass Point analitiki Ed Engel-in sözlərinə görə, uzunmüddətli sahiblər satışa davam edir, bu isə BTC üçün 95 min dollardan yuxarı dəstək səviyyəsini risk altına sala bilər.
Oktyabrın kriptobazar üçün ənənəvi “güclü ay” sayılmasına baxmayaraq, bu il gözlənilən artım baş verməyib. Engel xatırladıb ki, 2018-ci ildə də oxşar tendensiya müşahidə olunmuş və noyabr ayında Bitcoin 37% dəyər itirmişdi.
Hazırda bazar iştirakçıları ehtiyatlı mövqedə qalır və kriptovalyutalarda yeni tənəzzül mərhələsinin başlayacağı ehtimalı güclənir.
Sərvanə
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025