Redaktor
Bakıda pulsuz çimərliklər - Bu avtobuslarla getmək olar (SİYAHI)
Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.
BAKU.WS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.
Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:
Sahil Çimərliyi (Lökbatan)
Yerləşdiyi Qəsəbə: Lökbatan
Gediş Yolları: 149 nömrəli avtobus
Buzovna Çimərliyi
Yerləşdiyi Qəsəbə: Buzovna
Gediş Yolları: 171 nömrəli avtobus
Novxanı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Novxanı
Gediş Yolları: 123 nömrəli avtobus
Görədil Çimərliyi
erləşdiyi Qəsəbə: Görədil
Gediş Yolları: 108, 134 nömrəli avtobuslar
Pirşağı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Pirşağı
Gediş Yolları: 173 nömrəli avtobus
Şıx Çimərliyi
Yerləşdiyi Rayon: Səbail
Gediş Yolları: 127 nömrəli avtobus.
Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
17.12.2025"Warner Bros" 108 milyard dollarlıq təklifi rədd etməyə hazırlaşır
17.12.2025"Fed" sədri postu uğrunda yarış qızışır: Trampa yaxın yeni ad ortaya çıxdı
17.12.2025Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı Qərar
17.12.2025Hesabat yalnız vergi üçün lazımdır?
17.12.2025Magistral kanalların yenidən qurulmasına 46 milyon manat ayrılıb
17.12.20256 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - QİYMƏTLƏR
17.12.2025Vəfat etmiş şəxsin pensiyasını bu şəxslər ala bilər
17.12.2025“AFB BANK” tender elan edir ®
17.12.2025Azərbaycana ən çox bu məhsullar idxal olunub - CƏDVƏL
17.12.2025