Redaktor
Bakıda kütləvi söküntü işləri bu səbəbdən dayandırılır
Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır.
Valyuta.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır.
Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək.
Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.
Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026