Redaktor
Bakı və Sumqayıtda 359 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksində 79, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 280 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.
Valyuta.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində inşa olunan yaşayış kompleksində yerləşən mənzillər 3 və 4 otaqlı, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində yerləşən mənzillər isə 1, 2 və 3 otaqlıdır.
⚡️?Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Yeni mənzillər seçim üçün 14.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7280 kirayə müqaviləsi bağlanılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSəudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025