Redaktor
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9,1 % artaraq 1 095 manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 %-i təhsil, 13,6 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,8 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025