Redaktor
Azərbaycanda 6 vəkil cəzalandırıldı
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin mayın 23-də növbəti iclası keçirilib.
ARVK-dan verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələlərə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul ediliblər.
Eyni zamanda dövlət qulluğuna keçdiklərinə görə vəkillik fəaliyyəti dayandırılmış iki vəkilin fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə onların vəkillik fəaliyyətinin yenidən bərpası təsdiqlənib və vəsiqələr təqdim olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə bir vəkilə xəbərdarlıq edilib, beş vəkilə töhmət verilib və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025