“Ayın işçisi” anlayışını dəyişin

Redaktor

09.11.2025 17:26
331

“Ayın işçisi” anlayışını dəyişin

İşçi məhsuldarlığı hər bir şirkətin uğurunun əsas göstəricisidir. İnsan resursları düzgün idarə olunmadıqda, nə qədər güclü strategiyalar qurulsa da, şirkət istənilən nəticəni əldə edə bilmir. Əməkdaşları daim motivasiyada saxlamaq isə rəhbərlik üçün ən çətin vəzifələrdən biridir.

Müasir iş mühitində məhsuldarlığı artırmaq üçün təkcə maaş və bonuslar kifayət etmir. İşçilərin motivasiyasını gücləndirmək, mühitini dəyişmək və fərdi yanaşma tətbiq etmək vacibdir. 

Valyuta.az işçi məhsuldarlığını artırmağın 5 fərqli və effektiv yolunu təqdim edir:

1. Mükafat sisteminə yenilik gətirin

Əməkdaşların gördükləri işin dəyərləndirilməsi motivasiyanın əsas qaynaqlarındandır. Amma eyni növ hədiyyələr və təkrarlanan kampaniyalar artıq maraq doğurmaya bilər. Rəhbərlik vaxtaşırı mükafat mexanizmini dəyişməli, bütün işçilərin iştirak edə biləcəyi ədalətli sistem yaratmalıdır. Məsələn, şirkət daxilində püşkatmalar (raffle) keçirmək və qaliblərə kiçik məişət texnikası, hədiyyə kartı və ya elektronika təqdim etmək olar.

2. Pulsuz yemək günləri – sadə, amma təsirli motivasiya

Yemək insanları bir araya gətirən ən güclü sosial vasitədir. Şirkət daxilində mütəmadi olaraq nahar və ya qəlyanaltı günləri təşkil etmək həm komanda ruhunu gücləndirir, həm də əməkdaşların məmnunluğunu artırır. Bunun üçün böyük büdcə tələb olunmur – bəzən sadəcə birgə kofe fasiləsi belə pozitiv enerji yaradır. Əgər imkan varsa, komanda ilə birlikdə axşam yeməyi və ya nahar təşkil etmək də çox effektlidir. Restoranların qrup endirimlərindən yararlanmaqla həm büdcəyə qənaət, həm də işçilərə jest etmək mümkündür.

3. “Ayın işçisi” anlayışını dəyişin

Bir çox şirkətdə “Ayın işçisi” adətən eyni şəxsə təqdim olunur. Bu isə digərlərinin motivasiyasını azalda bilər. Ən yaxşı çıxış yolu – bu təcrübəni “Ayın əməkdaşları” formatına çevirməkdir. Mükafat 2–5 nəfərə təqdim oluna bilər. Beləliklə, həm daha çox insan dəyərləndiriləcək, həm də ədalət hissi güclənəcək. Sertifikatla yanaşı, kiçik hədiyyələr və ya hədiyyə kartları əlavə etmək də motivasiyanı artırır. 

4. Müntəzəm fərdi görüşlər keçirin
Rəhbər ilə işçi arasında açıq və səmimi ünsiyyət məhsuldarlığın əsas açarlarından biridir. Mütəmadi fərdi görüşlər zamanı əməkdaşların fikirlərini, çətinliklərini və təkliflərini dinləmək rəhbərliyə real vəziyyəti anlamağa kömək edir. Hər gün olmasa da, həftəlik və ya iki həftədən bir keçirilən bu görüşlər şirkət daxili mühiti gücləndirir. 

5. Ofis mühitini yeniləyin

Tədqiqatlar göstərir ki, rahat və estetik mühitdə işləyən əməkdaşlar daha yaradıcı və diqqətlidirlər. Ofisin havasını dəyişmək üçün bəzən sadəcə divarların rəngini yeniləmək belə kifayətdir. Yeni masalar, rahat oturacaqlar və ya düzgün işıqlandırma sistemi məhsuldarlığa birbaşa təsir göstərir. Bununla belə, tez-tez təmir aparmaq lazım deyil – hər 6 və ya 12 aydan bir kiçik dəyişikliklər kifayət edir.
Ən gözəl tərəfi isə – əməkdaşların fikrini də soruşun. Onların ofisin dizaynına dair təklifləri həm aidiyyət hissini artırar, həm də şirkət mədəniyyətini gücləndirər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

Məzənnə

Yüklənir...