Redaktor
50% endirimlə nəqliyyat vasitələri satışa çıxarılır - MƏBLƏĞLƏR
21 yanvar 2026-cı il tarixində dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək. Hərrac saat 10:00-da baş tutacaq və müxtəlif dövlət qurumlarına məxsus minik, yük və sərnişin avtomobilləri satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, satışa təqdim olunan nəqliyyat vasitələri arasında “QAZ”, “İSUZU”, “BMW”, “AUDI”, “VOLKSWAGEN”, “VOLVO”, “ZİL” və “UAZ” kimi markaların müxtəlif illərə aid modelləri yer alır.
Təqdim olunan avtomobillər əsasən 1984–2012-ci illərdə istehsal olunub. Bu dəfəki hərracda bir çox nəqliyyat vasitəsi endirimli qiymətlərlə təkrar satışa çıxarılır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən təqdim olunan 2006-cı il buraxılışlı “QAZ 322131-95” mikroavtobusu 2 750 manat, 2012-ci il buraxılışlı iki ədəd “İSUZU ECOBUS” avtobusu isə hər biri 11 000 manat start qiyməti ilə 50 faiz endirimlə satışa çıxarılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan 1984-cü il buraxılışlı “MTZ 80” təkərli traktoru 1 550 manat start qiyməti ilə 50 faiz endirim tətbiq edilərək hərraca çıxarılacaq.
Baş Prokurorluq tərəfindən təqdim edilən beş ədəd “AUDI A4” minik avtomobili 7 875, 8 250 və 8 625 manat, iki ədəd “VOLKSWAGEN PASSAT” avtomobili isə 5 625 və 6 375 manat start qiymətləri ilə 25 faiz endirimlə təqdim olunacaq.
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məxsus 2008-ci il buraxılışlı “VOLVO S80” avtomobili 7 875 manat start qiyməti ilə 25 faiz endirimli şəkildə satışa çıxarılır.
Müdafiə Nazirliyinin balansında olan 1984-cü il buraxılışlı “ZİL-131” yük avtomobili 7 200 manat start qiyməti ilə 10 faiz endirimlə təqdim olunur. Eyni zamanda, bu qurumun balansında olan “UAZ-31512” və “UAZ-3962” modelləri də əvvəlki hərrac nəticələri ləğv olunduğu üçün 10 faiz endirimlə təkrar satışa çıxarılır. Məsələn, 2004-cü il buraxılışlı “UAZ-31512” minik avtomobili 9 000 manat start qiymətinə malikdir.
Satışa çıxarılan digər nəqliyyat vasitələri arasında Prezidentin İşlər İdarəsinin balansında olan 2006-cı il buraxılışlı “BMW 740LI” (8 500 manat), 1991-ci il buraxılışlı “ZİL-MMZ-4502” yük avtomobili (2 300 manat) və Müdafiə Nazirliyinə aid çoxsaylı “QAZ-3308” yük avtomobilləri də var. Bu nəqliyyat vasitələri üzrə endirim tətbiqi nəzərdə tutulmayıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025