2023-cü ildən bəri ən uzunmüddətli eniş: Neft qiymətləri sürpriz vəd edir

Redaktor

28.11.2025 18:45
205

2023-cü ildən bəri ən uzunmüddətli eniş: Neft qiymətləri sürpriz vəd edir

Neft qiymətləri ardıcıl dördüncü ay üçün düşüşə doğru gedir ki, bu da 2023-cü ildən bəri kotirovkaların ən uzun müddətli azalmasıdır, çünki bazar dünya təklifinin artacağını gözləyir.

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Eyni zamanda, neft qiymətləri Ukrayna və Rusiya arasında mümkün sülh sazişi xəbərlərinə reaksiya verir. Əvvəlcə ABŞ prezidenti Donald Trampın “sülh planı” kotirovkaların kəskin düşməsinə səbəb oldu, çünki bazar rus nefti üzərində sanksiyaların aradan qaldırılması ehtimalını qiymətləndirirdi. Lakin indi qiymətlər yenidən artıb, çünki danışıqlar uzanıb.

28 noyabr səhər sessiyasında Brent markalı neftin qiyməti, "Investing" portalının məlumatına görə, Bakı vaxtı ilə 13:27-də 19 sent artaraq 1 barelə görə 63,06 ABŞ dollarına çatıb.

Amerika markalı WTI nefti isə 28 noyabrda ticarət sessiyasına düşüşlə başlayıb. Baı vaxtı ilə 7:45-də kotirovkalar 5 sent aşağı düşərək 1 barelə görə 59,05 ABŞ dolları olub. Lakin "Reuters" bildirir ki, WTI neftinin ticarəti texniki problemlər səbəbindən dayandırılıb.

“Brent və WTI bu həftəni 1%-dən çox artımla bağlamalıdır", deyə jurnalistlər proqnozlaşdırır.

"SS WealthStreet" tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirir ki, Rusiya və Ukrayna arasında yekun sülh sazişi nəticədə rus neft istehsalçılarına tətbiq olunan sanksiyaların yumşaldılmasının yolunu aça bilər və bazara xammul təklifini artıra bilər. Lakin ekspertin sözlərinə görə, sürətli sülh gözlənilmir.

Vladimir Putin 27 noyabrda bildirib ki, ABŞ və Ukrayna tərəfindən müzakirə olunan sülh təklifləri layihəsi gələcək Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə razılaşmaların əsası ola bilər, lakin əgər bu baş verməsə, Moskva müharibəni davam etdirəcək. Putin əlavə edib ki, ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoff gələn həftənin əvvəlində Moskvaya səfər etməyi planlaşdırır.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftə Cenevrədə aparılan danışıqlarda müzakirə olunan sülh formulunu işləmək üçün görüşəcəklər və bunun məqsədi sülhün təmin edilməsi və Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdir.

Neft qiymətlərinin artımını həmçinin bazar iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin gələn ay faiz dərəcəsini endirəcəyi gözləntiləri dəstəkləyib, bu potensial olaraq iqtisadi artıma və enerji mənbələrinə tələbin artmasına səbəb ola bilər.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...