16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir - Nigarın uğur hekayəsi

Redaktor

15.04.2025 12:10
4,968

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir - Nigarın uğur hekayəsi

Dünya saysız-hesabsız ideya və təşəbbüslərlə doludur. Bəzən isə adi görünən bir fikir, həyatın içindən gələn bir hadisə ilə gerçəyə çevrilir. Nigar Babayeva da belə bir ideyanı reallaşdıranlardandır. O, körpə geyimlərindən istifadə edərək müxtəlif kompozisiyalar hazırlayır və bunları hədiyyə formasında təqdim edir. Başlanğıcda şəxsi təşəbbüs kimi yaranan bu fəaliyyət, sonradan ictimai maraqla qarşılanaraq kiçik biznesə çevrilib.

“Bəxş” ideyasının yaradıcısı Nigar Babayeva Valyuta.az-a bildirdi ki, bu ideyanın yaranması sevincli bir anla başlayıb: “Bəxş”in yaranma hekayəsi qardaşım qızının dünyaya gəlməsi ilə başladı. Bu əlamətdar hadisəni fərqli və yadda qalan hədiyyə ilə qeyd etmək istədim. Onun üçün hazırladığım xəstəxana çıxışı kompozisiyası çox bəyənildi. Bir həftə sonra rəfiqəmin oğlu dünyaya gəldi. Bu dəfə də onun üçün bənzər bir buket düzəldib xəstəxanaya apardım, xəstəxana personalı da bu qeyri-adi hədiyyəyə böyük maraq göstərmişdi. Hədiyyələrin şəkillərini iş yoldaşlarımla paylaşmışdım. Həmkarlarımızdan birinin qızı dünyaya gələndə, “Pul yığaq, adımızdan belə bir kompozisiya hazırla” təklifi oldu. Əlbəttə, razılaşdım və o anda başa düşdüm ki, bu ürəklərə toxunan bir ideyadır”.

İdeyam biznesə çevrilirdi

N.Babayeva deyir ki, ideyanı biznesə çevirmək üçün addımlar atmağa başlayıb: “Həmkarlarım bu yolda mənə çox dəstək oldular, məni ruhlandırdılar, hər addımda motivasiya verirdilər. Hətta ad seçimində belə mənimlə bərabər düşünür, fikirlərini bölüşürdülər. Bir çox variantları gözdən keçirdim, amma “Bəxş” adı ortaya çıxan kimi bütün alternativlər arxa planda qaldı. Çünki bu söz  “pay, bəxşiş” mənasını verirdi. Bu təsadüf mənə işin uğurlu olacağına bir işarə kimi gəldi”.

Hər şey sürətli baş verdi

Müsahibimiz deyir ki, ideyanın yaranması ilə onun biznes formasında həyata keçməsi arasında çox vaxt keçmədi: “Hər şey olduqca sürətli baş verdi. Sosial şəbəkələrdə hesab açdığım andan etibarən sifarişlər gəlməyə başladı. O zaman mən ölkənin aparıcı banklarından birində tam ştat - 9-dan 6-ya qədər çalışırdım. Buna baxmayaraq, bütün sifarişləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirirdim. Bu, mənim üçün sadəcə əlavə məşğuliyyət deyil, böyük həvəs və məsuliyyətlə yanaşdığım bir işə çevrilmişdi. Bazar günlərim isə tamamilə “Bəxş”ə həsr olunurdu - xammalın alınması, kompozisiyaların çəkilişi, sosial media üçün məzmunların hazırlanması məhz həmin günə planlaşdırılırdı. İndi o günləri yadıma salanda özüm də təəccüblənirəm, o qədər enerjini, gücü, motivasiyanı haradan tapırdım? Amma bilirəm ki, bu işə olan sevgim və insanların reaksiyaları mənə dayanmadan irəliləmək üçün böyük ilham verirdi”.

İdeya yeni deyildi, amma nadir idi

N.Babayevanın sözlərinə görə, bu ideyanı həyata keçirən az insan var: “Bunu tam əminliklə deyə bilərəm ki, özümüzə yaxın rəqib görməmişik. Körpə paltarlarından buket hazırlamaq ideyası ümumilikdə yeni deyil, amma “Bəxş”in fərqi ondadır ki, bizim kompozisiyalarımız real güllərə inanılmaz dərəcədə bənzəyir. Bu təkcə Azərbaycanda deyil, mənim müşahidəmə görə, dünya miqyasında da nadir rast gəlinən səviyyədir. Bir dəfə doğum evində polis “hədiyyə gül gətirmək olmaz” deyə buketimizi saxlamaq istəmişdi. Amma sonra yaxınlaşıb diqqətlə baxandan, hətta toxunduqdan sonra təəccüblə buraxdı. Bu bizim üçün ən böyük kompliment idi, çünki bu, işimizin nə qədər realist, nə qədər ustalıqla hazırlandığını göstərirdi”.

İşləri heç kimə həvalə etmək istəmirdim
 
N.Babayeva bildirir ki, bu yolda da çətinlikləri olub: “Mənim üçün əsas çətinlik hər şeyi təkbaşına etməyə çalışmaq idi. İşləri heç kimə həvalə etmək istəmirdim, çünki keyfiyyət mənim üçün hər zaman birinci yerdə olub. Hər bir detala özüm nəzarət etmək istəyirdim ki, ortaya çıxan nəticə məni tam qane etsin. 18 il bank və 5 il pərakəndə satış sektorunda aparıcı vəzifələrdə işləməyimə baxmayaraq, “Bəxş”də iş bölgüsü mövzusunda çətinlik yaşadım. İdarəçilik təcrübəm çox idi, amma bu iş o qədər mənimsədiyim, sevərək etdiyim bir sahə idi ki, onu bölüşməkdə çətinlik çəkirdim. Amma hazırda bu çətinliyi aradan qaldırmaq üzrəyik. Artıq komanda daxilində vəzifə bölgüsü aparılır, proseslər sistemli şəkildə qurulur. İlk başladığım vaxtlarda ideyam üçün tədricən maliyyə qoyuluşu edirdim, lakin biznes üçün investisiya mütləqdir. Bu problemləri də həll etməyə çalışırıq. Çünki iş böyüdükcə xam mala, reklama və.s digər vacib işlərə investisiya yatırmaq vacib olur. Əminəm ki, bu dəyişikliklərlə nəticələr daha da gözəl olacaq”.

Bütün diqqətimi “Bəxş”ə bəxş edirəm

N.Babayeva deyir ki, bu ideyanın yaranmasından və biznesə çevrilməsindən artıq 9 il keçir: “2016-cı ildən mənim üçün dəyərli işi görməyə başladım. Düzdür, əvvəl işimlə bağlı ideyam üzərində çox vaxt xərcləyə bilmirdim, zamanla mübarizə aparırdım. Amma indi bütün diqqətimi sevdiyim işə, biznesimə vermişəm. Hal-hazırda dünyanın bir çox yerinə əl işlərimiz çatır. Bu ölkələr arasında deyərdim ki, Almaniya, Rusiya, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkiyə var. Bu gün bir sifarişimiz İtaliyaya göndərildi, son vaxtlar müraciətlər də artıb. Məhz buna görə də bütün diqqətimi “Bəxş”ə vermişəm”.

{gallery}

Sərvanə Rəmixanova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim

17.03.2026

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®

17.03.2026

Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır

17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır

Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır

17.03.2026

13 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir

17.03.2026

Avro bahalaşır

17.03.2026
Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?

Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?

17.03.2026

Aldığı cərimə yeni biznes modelinin əsasını qoydu - SƏHƏR OXUSU

17.03.2026

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

Məzənnə

Yüklənir...