Redaktor
Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr təqdim edilib.
Valyuta.az-ın xəbərinə görə, təqdimatda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
“Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var”, - nazir müavini qeyd edib.
O vurğulayıb ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır.
"Yollarda elektron tərəzilər qurulub. Avtomobillər yüksək sürətlə keçərkən belə yük maşınlarının çəki və kütləsi müəyyən edilir. Artıq 3 nöqtədə bu işi bitirmişik. Növbəti ildə 31 məntəqə 51 belə elektron tərəzinin tətbiqinin təmin edilməsini hədəfləmişik. Təəssüf ki, yollarda ağır yük maşınları hərəkətdədir. Ağır çəkili nəqliyyat sahibləri avtomatik şəkildə müəyyən olunaraq cəzalanacaq. Qanunda buna görə 600 manat olmaqla sərt maliyyə cəzası var. Son mərhələdə isə qanunu pozan şəxslər sürücülük vəsiqəsindən azad olunacaq”, - Rəhman Hümmətov əlavə edib.
© APA
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Maaş artımı iş dəyişməklə əldə olunur?
02.04.2026İşdən çıxarıldıqdan sonra öz onlayn biznesini qurdu - SƏHƏR OXUSU
02.04.2026Fitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026