İstifadə olunmuş mobil nömrə alanları gözləyən "sürprizlər"

Redaktor

27.11.2023 18:44
606

İstifadə olunmuş mobil nömrə alanları gözləyən "sürprizlər"

Hazırda mobil nömrələr insanların rəqəmsal pasportuna çevrilib. Bir məsələ də var ki, istifadə olunmuş mobil nömrəyə 6 ay müddətində balans yüklənmədikdə, onun yenidən satışa çıxarılmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməli, başqa ölkələrin təcrübəsi öyrənilməli və hüquqi baza yenilənməlidir. Əks halda şəxsin müəyyən məlumatları nömrənin yeni istifadəçisinin əlinə keçmiş olacaq".

Valyuta.az xəbər verir ki, bunu açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov deyib.

Ekspert bildirib ki, “GetContact” həştəqləri də nömrə sahibi haqqında arzuolunmaz məlumatlar ötürə bilər. Belə olan halda, nömrənin yeni sahibinin kontaktları bu həştəqin daha əvvəlki isitifadəçiyə aid olub-olmadığını bilmədən özündə şəxs haqqında mənfi düşüncə formalaşdıra bilər.

"Əsas təhlükələrdən biri isə nömrənin bağlı olduğu sosial şəbəkələrə giriş imkanının əldə olunmasıdır. Məsələn, “Messencer” yenilənmə tələb etdikdə parol bu hesabın əvvəldən bağlı olduğu nömrəyə gəlir. Bununla da şəxs nömrənin əvvəlki istifadəçisinin profillərini ələ keçirə, elektron poçtlarına daxil ola bilər. Lakin təhlükə bununla da bitmir. Nömrənin yeni sahibi öncəki istifadəçinin bank kartı ilə bağlı məlumatlarını da əldə edə bilər. Bank kartı ilə bağlı SMS təsdiq kodu həmin şəxsə gəldikdə, artıq bütün datalar ələ keçmiş olacaq”.

Bu risklərdən qorunmaq üçün nə etməli?

Ekspert bildirir ki, bu kimi təhlükələrdən qorunmaq üçün şəxslər yeni seriyalarda satılan mobil nömrələri almalıdır.

“Azercell Telekom” MMC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən, şirkət tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir:

“Abunəçinin istifadəsinə verilən nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Azercell Telekom” MMC-yə ödənişli əsaslarla verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslarla istifadəçilərə, abunəçilərə verilir”, - deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, Abunə Müqaviləsinin 8.4.-cü maddəsinə əsasən “Azercell” tariflərində qeyd olunan məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür: "Bu halda “Azercell” abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilən hər hansı “Azercell” xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Həmin müqavilənin 8.5.-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilən nömrə “Azercell” tərəfindən başqa abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur".

© APA

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Fitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi

01.04.2026

"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir

01.04.2026

Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır

01.04.2026

"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb

01.04.2026

Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu

01.04.2026

Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib

01.04.2026

Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır

01.04.2026

Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib

01.04.2026

Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır

01.04.2026

Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

01.04.2026

Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu

01.04.2026

BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb

01.04.2026

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.04.2026

"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

01.04.2026

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

01.04.2026

Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb

01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Məzənnə

Yüklənir...