Bizneslər üçün gəlirli aylar - Hansı aylarda daha çox qazanırlar?

Redaktor

28.01.2025 13:30
436

Bizneslər üçün gəlirli aylar - Hansı aylarda daha çox qazanırlar?

Biznes dünyasında satışların və gəlirlərin dəyişkənliyi aylar üzrə fərqli ola bilər. Müəyyən dövrlərdə mövsümi tələblər, bayramlar və ya xüsusi kampaniyalar gəlirlərin artmasına səbəb olur. Və ya bu əksinə də ola bilər. Hansısa aylarda işlərin zəifliyi, müştərilərin azlığı müşahidə oluna bilər. 

Bəs bizneslərdə hansı aylar daha gəlirli hesab olunur? Hansı ayın gəlirli olduğunu necə müəyyən etmək olar?

Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov deyir ki, bizneslərdə mövsümiliyin olması təbii haldır və biznesin idarə olunmasında baxılmalı ən vacib amillərdən biridir:

“Hər bir biznesdə demək olar ki, mövsümi dəyişikliklər olur. Fərqli mövsümlərdə, aylarda, hətta həftənin günlərində, günün fərqli saatlarında belə müştərilərimiz olan şəxslərin və şirkətlərin aktivlik səviyyəsi dəyişir. Məsələn, turizm sektorunda müştərilər yay aylarında daha aktiv olurlar. Təhsil sektorunda isə müştərilər yay aylarında passiv, payız, qış, yaz aylarında aktivdirlər. Elə bizneslər var ki, onların müştəriləri həftə içi, elələri də var ki, həftə sonu daha çox olur”.

Təlimçinin sözlərinə görə, istənilən şirkət öz bazarındakı mövsümi dinamikanı müəyyən etməlidir: “Müştərinin davranışlarını analiz etməli və müştərisinin hansı mövsümlərdə daha aktiv olduğunu bilməlidir. Şirkətlər öz fəaliyyətini müştəri davranışlarına əsasən qurmalıdır. İlk növbədə müştərinin aktiv olduğu dövrdə biznes də aktiv olmalıdır ki, müştərilərin çox pul xərcləyəcəyi zamanda həmin pul kütləsindən daha çoxunu əldə edə bilsin. Yəni, həmin aktiv dövrlərdə biznes də öncədən hazırlaşmalı, təklifləri, kampaniyaları və s. məhsulları ilə aktiv olmalıdır. Ən sonuncu məsələ isə mövsüm olmayan dövlərdə xərclərin azaldılması və ya müştərilərin aktiv saxlanması kimi məsələləri diqqətdə saxlamaq lazımdır”.

Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova Azərbaycanda əksər bizneslər üçün xüsusilə gəlirli ayların mart və dekabr olduğunu bilirdi: “Mart ayı 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar olaraq müxtəlif məhsul və xidmətlərə tələbin artdığı bir dövrdür. Dekabr isə Yeni il bayramı ilə bağlı olaraq korporativ tədbirlər, hədiyyələr və müxtəlif kampaniyalarla zəngindir. Bu, bizneslərə müştəri cəlb etmək və satışları artırmaq üçün əlverişli imkanlar yaradır.

Digər tərəfdən, avqust və yanvar ayları bir çox sahələr üçün nisbətən zəif dövrlər hesab olunur. Avqustda insanlar adətən tətil rejimində olur, bu da bəzi sektorlarda tələbatın azalmasına səbəb ola bilər. Yanvar ayı isə bayram sonrası dövr olduğu üçün istehlakçılar arasında qənaət rejimi müşahidə olunur”.

“Bununla yanaşı, hər biznesin özünəməxsus xüsusiyyətləri var və hansı ayların daha gəlirli olduğunu müəyyən etmək üçün əvvəlki illərin satış məlumatlarını təhlil etmək, müştəri davranışlarını izləmək və bazar tendensiyalarını araşdırmaq lazımdır. Gələcək planlaşdırmada bu analizlər əsaslı qərarlar qəbul etməyə kömək edə bilər. Bütün bunları nəzərə alaraq, biznes sahibləri fəaliyyət sahələrinə uyğun strategiyalar qurmalı, mövsümi tələbləri və bazarın ehtiyaclarını əvvəlcədən müəyyən edərək, satışlarını optimallaşdıra bilərlər” - deyə, R.Məmmədova əlavə edib.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Kütləvi miqrasiya və Körfəz iqtisadiyyatlarının çöküşü: İran müharibəsinin gizli riskləri...

08.03.2026

Məzənnə

Yüklənir...