BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
47855

Vətəndaşlar ölkəmizdə satılan kitabların qiymətlərinin baha olduğunu deyirlər. Fikirlərin əsaslandırması isə çox zaman Türkiyə ilə müqayisə şəklində olur. Bəli, müqayisə edəndə, Türkiyə ilə müqayisədə Azərbaycanda kitab qiymətləri bahadır. Maraqlıdır, kitab qiymətlərinin Türkiyə ilə müqayisədə Azərbaycanda baha edən səbəb nədir?

Valyuta.az-a danışan kitab bloqçusu, "LIBRAFF" kitab mağazalarının PR mütəxəssisi Sərxan Rüstəmov “Kitab bahadır” fikrini doğru qəbul etmədiyini deyir:

“Mən Azərbaycanda “Kitab bahadır” fikri ilə razı deyiləm. Ölkəmizədə xüsusilə də, Bakıda kitabların qiyməti 2-3 manatdan başlayır. Qiymətlərə yanaşma bizim kitaba necə baxmağımızdan asılıdır. Kitabın pulsuz olduğunu düşünən insanlar üçün kitab baha ola bilər. Elə insanlar var ki, telefona 2-3 min manat pul xərcləyir, geyimə böyük məbləğdə pul verə bilir. Amma kitaba gələn zaman bu gündəlik tələb olunan bir vasitə deyil. Buna görə də ayda bir, yaxud iki ədəd kitab alan adamlar kitabın baha olduğunu deməli deyillər. Biz ayda bir kitaba 10 manat xərcləsək, bunu baha adlandıra bilmərik”.

Mütəxəssis bildirib ki, Türkiyə ilə Azərbaycanda kitab qiymətlərini fərqli edən səbəblər var. Onlardan biri əhalinin sayı ilə bağlıdır:

“Türkiyədə 80 milyon əhali yaşayır. Bu, bizim əhalidən 8 dəfə çox deməkdir. Bu avtomatik kitab oxuyucuları arasındakı fərqin 8 dəfə, bəlkə də, daha çox olduğunu göstərir. Deməli, Türkiyədə oxuyucu kütləsi daha çoxdur. Orada mətbəə, müəllif və ya nəşriyyat qorxmadan 30-40 min ədəd çap edə bilir. Bizdə isə mətbəələr qorxa-qorxa 800-1000 ədəd ancaq çap edə bilirlər. Kitab sayı ilk tirajda nə qədər çox olarsa, onun qiyməti bir o qədər də ucuz olur”. 

S.Rüstəmov onu da qeyd edir ki, mətbəə sayı arasında fərq olması qiymət fərqinin əsas səbəblərindəndir:

“Azərbaycan ilə Türkiyə və böyük ölkələr arasında olan mətbəə sayı fərqlidir. O ölkələrdə kitab sənayesi daha çox inkişaf edib. Bu, həmin ölkədə rəqabətli bazar olması deməkdir. Rəqabət çox olan zaman qiymət də uyğunlaşmağa başlayır. Burada tək nəşriyyat sayının çox olması məsələsi deyil. Sənaye inkişaf edir, kağız materiallarının, boyaların, mürəkkəblərin və s. kimi ləvazimatların da qiyməti fərqlidir”.

Türkiyədən gətirilən kitabların qiymətinin də nisbətən baha olmasından danışan S.Rüstəmov bildirdi: “Türkiyə bazarından bir kitab sifariş edən zaman onun qiyməti 7 manatdırsa, bizim bazarda bu 10-12 manat ola bilir. Bu digər sahələrdə də var. Hər hansı geyim, elektronik əşya alan zaman bu fərqi görürük. Təbii ki bunu ölkəyə gətirən sahibkar məhsulun üzərinə gömrük, nəqliyyat və s. kimi xərcləri də gəlir”.

“Siz bəzən eyni kitabın 5 manata da satıldığını görə bilərsiniz, 15 manata da. Ucuz olanlar pirat kitablardır. Türklər buna “korsan kitablar” deyirlər. Piratçılar başqa nəşiyyatın xərc çəkib çap etdiyi kitabı heç bir icazə almadan özləri sadəcə çap xərci çəkməklə hazırlayırlar və ucuz qiymətə satışa çıxarırlar. Nə müəllifə ödəniş edirlər, nə tərcüməçiyə, nə redaktora və s. Üstəlik, ucuz və sağlamlığa zərərli məhsullardan istifadə edilir. Ona görə kitab onlara ucuz başa gəlir. Türkiyə də bu prosesdən əziyyət çəkir və mübarizə aparır. Azərbaycanda da bazarda pirat kitablar olur. Bilməliyik ki, bu, həm cinayətdir, müəllif hüquqlarının pozulmasıdır, həm də kitab sənayesinə ciddi zərbədir. Bu da, kitabın qiymətlərinə ciddi şəkildə təsir edir. Çünki adi oxucu pirat kitab ilə orijinalı arasındakı fərqi bilmir. Bu tipli işlərlə məşğul olanlar kitabı elə çap edirlər ki, onun orijinal olmadığını bilinmir. Oxuculara kitabı bir-iki manat ucuz alan zaman həmin kitabın müəllifinin hüquqlarının pozulduğunu və insanın sağlamlığına zərərli olduğunu düşünməsini məsləhət görürəm” – deyə, kitab bloqçusu vurğulayıb.

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin