Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Redaktor

20.05.2024 17:39
457

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Valyuta.az xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...