BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8601
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2225
48452

İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Regional Konfransının (ERC) 34-cü Sessiyası keçirilib. Tədbirdə 53 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və aqrar sahədə çalışan mütəxəssislər iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, Azərbaycan Respublikasının İtaliya, San Marino və Maltadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov təmsil edib.

Tədbiri giriş sözü ilə açan FAO-nun Baş Direktoru Qu Dongyu müasir çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması və ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması məsələlərinə toxunub. Qu Donqyu bildirib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. FAO rəsmisi belə tədbirlərin aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verdiyini qeyd edib. 
Kənd təsərrüfat nazirinin müavini İlhamə Qədimova aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Qlobal iqlim dəyişikliyinin aqrar sahəyə təsirindən danışan İlhamə Qədimova müasir çağırışlar fonunda torpaq və su ehtiyatlarından səmərəli istifadənin zəruri olduğunu diqqətə çatdırıb. 

Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbirdə təbii ehtiyatların davamlı istifadəsində innovasiya və rəqəmsallaşmanın rolu xüsusi müzakirə olunub. Mütəxəssislər qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsirinin idarə edilməsi üçün su ehtiyatlarının sektorlar üzrə bölüşdürülməsi və dəqiq uçotunun aparılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin aktual olduğunu vurğulayıblar. 

Sessiyada əhalinin sürətli artımı, dəyişən istehlak  tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dünya Ərzaq Təhlükəsizliyi Komitəsinin (CFS) sədri Nosipho Jezile ilə görüş keçirilib. Görüşdə aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi, əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft" "Windows 11"də beş kritik zəifliyi aradan qaldırıb

Bakues.az xəbər portalı fəaliyyətə başladı

Məşhur boya şirkəti məhkəmə qarşısında

Məşhur Britaniya şirkəti Rusiya bazarından çıxdı

"Holcim Azərbaycan"a protokol tərtib edilib

Laçına avtobus reysi açılır - Biletin qiyməti

Kapital Bank-ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi®

Bakıda neçə küçədə avtobus zolağı var? - RƏSMİ

Pavel Durov "Telegram"ın əsas yeniləməsini elan etdi: Messencerdə nə dəyişəcək?

“Ripple” banklar üçün kriptovalyuta saxlama xidməti yaradır

Satoshi Nakamotonun şəxsiyyəti həqiqətən ortaya çıxarsa, “Bitcoin”ə necə təsir edər?

Satoshi Nakamotonun şəxsiyyəti həqiqətən ortaya çıxarsa, “Bitcoin”ə necə təsir edər?

"İntertexnika" şirkəti 25 min manat cərimələnə bilər

“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq®

Yaşar İsakov vəzifəsindən ayrıldı

Ötən il Azərbaycanda 1 034 restoran açılıb - Son 10 ilin göstəriciləri

Çoxlu gəlir mənbəyiniz yoxdursa... - DİQQƏT!

Çoxlu gəlir mənbəyiniz yoxdursa... - DİQQƏT!

Məşhur şirkətin baş direktorundan tövsiyə: Gələcəkdə işçilərə hansı bacarıqlar lazım olacaq?

Temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakının məşhur məktəbinə direktor təyin edildi

Hindistan məşhur milyarderini belə yola salır - Qürurla, göz yaşı ilə...

Hindistan məşhur milyarderini belə yola salır - Qürurla, göz yaşı ilə...

Azərbaycana bu ölkələrdən alkoqolsuz pivə gətirilir - Siyahı

Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq? - RƏSMİ CAVAB

Vüqar Qurbanov bu xəstəxananın direktorunu işdən çıxardı (FOTO)

İqbal Quliyev: "Neftin bareli 100 dollara qalxa bilər"

Dolların 100 rubla nə vaxt çatacağı məlum oldu

“Paşa Sığorta” orbitdə peyk sığortalayacaq - 1,5 milyonluq müqavilə

“Paşa Sığorta” orbitdə peyk sığortalayacaq - 1,5 milyonluq müqavilə

Pensiyalar nə qədər artırılacaq? - Komitə sədrinin müavini açıqladı

Bakıda yeni parklanma məntəqələri salınır

“Azərpoçt” bu şirkətdən 67 min manatlıq təkər alır

“Azərpoçt” bu şirkətdən 67 min manatlıq təkər alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin