BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
48437

Birləşmiş Ştatlar Yeddilik Qrupu (G7) ölkələrini Rusiya aktivlərindən əldə edilən gəlirlə Ukraynaya kredit ayırmağa razı salır. 

Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, bu plana əsasən, G7 ölkələri bu yay Kiyevə 50 milyard dollar vəsait ayıra bilər ki, bu plan təsdiqlənsin. Qəzetin həmsöhbətlərinin fikrincə, G7 iştirakçılarının heç də hamısı buna hazır deyil, xüsusən də Almaniya, İtaliya, Fransa və Yaponiya buna qarşı olub. Lakin iyunda keçiriləcək G7 sammitində bu planı razılaşdırmaq və görüşün yekunlarına dair birgə bəyanatda Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı müddəa daxil etmək istəyən Vaşinqtonun təzyiqi ilə onların münasibəti dəyişməyə başlayıb.

FT-nin sitat gətirdiyi rəsmilərdən birinin qeyd etdiyi kimi, ABŞ qarşıdan gələn Amerika prezident seçkiləri zamanı Kiyevə yardımı tənqid edən respublikaçı Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, noyabra qədər Ukraynaya vəsait ayrılmasında maraqlıdır.

Eyni zamanda, hazırda G7-yə sədrlik edən İtaliya rəsmiləri bildiriblər ki, assosiasiya ölkələri “Ukrayna üçün uzunmüddətli maliyyələşməni” təmin etmək üçün iyun ayında bu məsələdə konsensusa nail olmağa çalışacaqlar. Lakin əvvəlcə ABŞ-ın təklif etdiyi plan Yeddilik ölkələrinin maliyyə nazirləri və mərkəzi bankları səviyyəsində qaldırılacaq. Plan razılaşdırılmazdan əvvəl həll edilməli olan məsələlər arasında borcun kim tərəfindən veriləcəyi və onun ödənilməsinə zəmanət veriləcəyi də var.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin