BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
48440

“Bir müddət öncə kommersiya banklarının birindən kredit götürüb yük avtomobili alan tanışım yol qəzasında dünyasını dəyişdi. Bank isə onun götürdüyü 20 min manat krediti vərəsələrindən tələb etməyə başladı. Ailənin durumu yaxşı olmasa da kreditin qaytarılması qaçılmaz idi. Tanışları və qohumları dünyasını dəyişən şəxsin vərəsəsinə maddi dəstək olaraq banka olan borcu qaytardılar. Belə halların sayı kifayət qədər çoxdur. Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır”. 

Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında paylaşıb.
O, qeyd edib ki, hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur:

“Statistikaya əsasən, istehlak krediti götürənlərin 95.0 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər kredti götürən şəxs həyat sığotasından istifadə edərsə bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır”.

Millət vəkili bildirib ki, bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir:

“Beynəlxalq praktikaya uyğun olaraq, Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər”.

“Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanı həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən şəxs dünyasını dəyişərsə o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq.

Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir” – V.Bayramov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin