BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
47962

Vüsalə Əhmədova 
İnsan Resursları mütəxəssisi

İş müsahibələrinin nəticələri ilə bağlı üç versiya var:

1. İşə qəbul olunmağınız barədə rəy alırsınız.
2. İşə qəbul edilmədiyiniz barədə rəy alırsınız.
3. İşə qəbul olub-olmamağınızla bağlı rəy gözləyərkən stress və narahatlıqla mübarizə aparırsınız.

Təəssüf ki, iş mühitində daha çox üçüncü versiyaya rast gəlinir. Müsahibənin çox yaxşı keçdiyini və qəbul olunma ehtimalınızın yüksək olduğunu düşünürsüzsə, uzun bir gözləmə müddəti təbii ki, stressli ola bilər. Şirkətlərin əksəriyyəti müsahibəyə dəvət etdikləri namizədlərə prosesin 2 həftədən 4 həftəyə qədər çəkə biləcəyini söyləsələr də, bir çox hallarda uğurlu namizədin tapılması üçün bundan daha çox vaxt lazım olur. İşə qəbulla bağlı elanların yerləşdirilməsi, müsahibələrin keçirilməsi və yekun qərarın müzakirəsi şirkətlərə vaxt və pul baxımından yüksək xərclər gətirə bilər, ona görə də şirkət işə götürəcəyi namizədin müvafiq ixtisasa malik olduğuna 100% əmin olmaq istəyir.

Prosesin uzanmasına səbəb olan faktorlara nəzər salaq. Hər bir vakansiya üçün orta hesabla 200-250 namizədin müraciət etdiyini, təxminən 10-15 namizədin müsahibəyə dəvət edildiyini və bu müsahibələrin 2-3 və ya daha çox mərhələdə tamamlandığını nəzərə alsaq, geri dönüşlərin gecikməsini anlayışla qarşılamaq olar. İşəgötürənlər yekun qərarlarını verməzdən əvvəl bütün potensial namizədlərlə görüşmək istədikləri üçün bütün müsahibələr tamamlanana qədər səbrlə gözləməkdən başqa çıxış yolu qalmır. Müsahibələrin sayı və qrafiki müsahibədən sonra cavab müddətinə təsir göstərir.

Bir vəzifənin doldurulma sürəti və təcililiyi işəgötürənlər arasında və dünya praktikasında fərqlidir. Bəzi şirkətlər vakant vəzifələri tez bağlayır, digərləri isə əksinə proses aylarla çəkir.

Tədqiqatlar göstərir ki, müsahibədən sonra insanların geri dönüş alması üçün tələb olunan  vaxt dəyişir:

Namizədlərin 44%-i müsahibədə iştirak etdikdən sonra bir neçə həftə ərzində işəgötürəndən geri dönüş alır.

Namizədlərin 37%-i bir həftə ərzində müsbət və ya mənfi geri dönüş alır.

Namizədlərin 4%-dən az hissəsi bir gün ərzində rəy alır.

Dünya praktikasında iş müsahibəsindən sonra geri dönüş almaq müddəti 24 iş günüdür.

İşə götürmə mürəkkəb bir prosesdir və bir neçə nəfərin müsbət rəyi və təsdiqi lazım olur. Əgər qərar verən şəxs məzuniyyətdədirsə, bu, işə qəbul prosesini gecikdirə bilər.

Şirkət işə qəbul prosesini yekunlaşdırmağa tələsməyə bilər. İşə qəbul edilməzdən əvvəl həll edilməli olan fors major prioritet layihələr ola bilər. Məsələn, müsahibəniz uğurlu alındı, lakin vaxt planması düzgün olmadığı üçün sizə edilməli olan geri dönüş gecikdi və ya təxirə salındı.

İşəgötürənin yekun qərarını çətinləşdirən digər məqam güclü namizədlər ola bilər. Siyahıda bir neçə namizəd olduqda işə götürən komandanın qərar qəbul etməsi təyin olunan vaxtdan daha uzun çəkə bilər. İşəgötürənlərin ən son istədiyi şey, tələsik qərarla işə götürülən səhv namizədin bir neçə aydan sonra işi tərk etməsidir.

Müsahibədən sonra namizədlərə mütləq cavab verilməlidir. Ancaq müsahibədən sonra cavab almamağınızın real səbəbi şirkətin sizi işə götürməkdə maraqlı olmamasıdır. Bəzən şirkətin susqunluğunun nəticəsi işə qəbul edilmədiyiniz anlamına gəlir. Bu halda güman edə bilərsiniz ki, şirkət başqa namizədlə davam etmək qərarına gəlib. Müsahibədən 10-14 gün sonra heç bir cavab almamısınızsa, işə qəbul əməkdaşı ilə əlaqə saxlaya bilərsiniz. 

Gözləmək prosesi narahatlıq, stress, ümidsizlik kimi faktorlarla müşayiət olunur, lakin bu mərhələdə səbrli olmalı, öz müsahibə görüşünüzün detalları barədə düşünməli, karyeranızla bağlı inkişafa yönəlməli və pozitiv nəticələrə fokuslanmalısınız. Hər iş müsahibəsindən öyrənəcəyiniz, analiz edəcəyiniz və ya özünüzdə dəyişiklik edəcəyiniz bir məqam mütləq ki vardır.

Son olaraq qeyd edim ki, işə qəbulunuz barədə rəsmi məlumat, işə qəbul ilə bağlı e-mail almadan iş axtarmağı dayandırmayın. Stressli halda cavab gözləmək yerinə uyğun vakant yerlərin hər birinə namizədliyinizin dəyərləndirilməsi üçün müraciət edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin