BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
48463

Mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Aviaqəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa, höccətül-islam, Təbrizin imam cüməsi Seyid Məhəmməd Al-Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

İbrahim Rəisi aviaqəzada həlak olan yeganə dövlət başçısı olmayıb. Müxtəlif dövrlərdə bir sıra prezidentlər oxşar faciələrdə həyatlarını itiriblər. Oxu.Az onlardan bəzilərini təqdim edir:

Abdul Salam Mohammed Aref - 1963-66-cı illərdə İraq prezidenti. Monarxiyanın devrilməsində aparıcı rol oynayıb. İraqın cənubunda təyyarə qəzasında həlak olub.

Rene Barrientos Ortuno - 1966-cı ildə Boliviya prezidenti seçilib. O, kəndli könüllülərə və orduya arxalanaraq repressiv antifəhlə siyasəti aparırdı. 1967-ci ildə Ernesto Çe Gevaranın tutulduqdan sonra edam edilməsinə şəxsən göstəriş verib. 1969-cu ildə Arkedə (Koçabamba) eniş zamanı helikopter qəzasında ölüb. Bu günə qədər prezidentin helikopterinin vurulması ehtimalı ilə bağlı məlumatlar yayılsa da, bütün araşdırmalar bunun qəza olduğunu göstərib.

Məhəmməd Ziyaülhaqq - 1978-ci ildə Pakistan prezidenti seçilib. 1988-ci il avqustun 17-də Ziyaülhaqq ABŞ-nin M-1 "Abrams" tankının nümayiş sınaqlarının keçirilməli olduğu Teypur Tamevali poliqonuna yollanıb. Sınaqlar başa çatdıqdan sonra İslamabada qayıtmaq istəyən prezidentin olduğu "Hercules" təyyarəsi Lahor şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 37 nəfərdən heç biri sağ qalmayıb.

Lex Kaçinski - 2005-ci ildə Polşa prezidenti seçilib. 10 aprel 2010-cu il səhər saatlarında Lex Kaçinski və həyat yoldaşı Mariya Varşavadan Smolenskə yollanıblar. Səfərin məqsədi Katın qətliamının 70-ci ildönümü günü Smolensk yaxınlığındakı Katın Memorialını ziyarət etmək olub. Dumanda "Smolensk-Severnı" hava limanına enərkən təyyarə uçuş-enmə zolağından 1,5 km aralı keçib və ağaclara dəyib. Təyyarədə prezidentlə birgə Polşanın siyasi, hərbi, ictimai və din xadimlərindən ibarət nümayəndə heyətin hamısı (ümumilikdə 88 sərnişin və 8 ekipaj üzvü) həlak olub.

Ramon del Fierro Maqsaysay - 1953-57-ci illərdə Filippin prezidenti vəzifəsində çalışıb. 16 mart 1957-ci ildə Maqsaysay Manilanı tərk edərək Sebu şəhərinə tədbirə yollanıb. Həmin gecə Sakit okean vaxtı ilə saat 1 radələrində o, Manilaya qayıdan "Mount Pinatubo" prezident təyyarəsinə minib. Martın 17-də səhər tezdən təyyarənin itkin düşdüyü elan edilib. Axşam təyyarənin Mannunqal dağında qəzaya uğradığı öyrənilib. Göyərtədə olan 25 sərnişindən yalnız jurnalist Nestor Mata sağ qalıb.

Samora Moyzeş Maşel - marksizm-leninizm məktəbinin sosialist baxışlarına sadiq siyasətçi Mozambikin müstəqillik əldə etdikdən sonra ilk prezidenti (1975-ci ildə) olub. 1986-cı ildə Zambiya səfərindən sonra təyyarə qəzasında həlak olub. Fəlakəti araşdıran beynəlxalq komissiya bunun ekipajın səhvi nəticəsində baş verdiyi qənaətinə gəlib.

Siprien Ntaryamira - 1994-cü il fevralın 5-dən aprelin 6-dək Burundi Respublikasının prezidenti olub. 1994-cü ilin aprelində Ntaryamira Tanzaniyanın Dar-es-Salam şəhərində Burundi və qonşu Ruandada hutu və tutsilər arasında silahlı münaqişələrin həlli cəhdinə həsr olunmuş toplantıda iştirak edib. 6 aprel 1994-cü ildə oradan qayıdan Ntaryamiranı və Ruanda Respublikasının prezidenti Juvenalya Xabiarimananı daşıyan təyyarə Kiqali aerodromuna yaxınlaşarkən zenit raketi ilə vurulub. Hər iki prezident ölüb.

Juvenalya Xabiarimana - 1 avqust 1973-cü ildən 6 aprel 1994-cü ilə qədər Ruanda Respublikasının prezidenti olub. 6 aprel 1994-cü ildə raketlə təyyarənin vurulmasına görə Burundi Respublikasının prezidenti Siprien Ntaryamira ilə birlikdə həlak olub.

Xayme Roldos Agilera - 10 avqust 1979-cu ildən 1981-ci il mayın 24-dək Ekvador prezidenti olub. Onun olduğu təyyarə 24 may 1981-ci ildə Loxa əyalətindəki Uayrapunqoda qəzaya uğrayıb. Faciə nəticəsində bütün sərnişinlər - Roldosun arvadı Marta Bukaram, müdafiə naziri Marko Subia Martinez və hərbçilər həlak olub. O, prezidentliyi dövründə insan haqları məsələsinə diqqəti ilə seçilib. Onun təyyarə qəzasında ölməsi sui-qəsdin qurbanı olması ilə bağlı ittihamlara səbəb olub.

Boris Traykovski - 1999-2004-cü illərdə Makedoniya Respublikasının prezidenti olub. 2004-cü il fevralın 26-da beynəlxalq konfransda iştirak etmək üçün Bosniya və Herseqovinaya gedən prezidentin təyyarəsi Hrqud dağının yamaclarına düşərək qəzaya uğrayıb. Təyyarədə Makedoniya prezidenti ilə yanaşı, onun administrasiyasının bir neçə üzvü də olub. Traykovskinin cəsədi, digər ölənlərin əksəriyyəti kimi, yandığı üçün genetik ekspertizası ilə müəyyən edilib.

Xose Feliks Estiqarribiya İnsaurralde - 1939-40-cı illərdə Paraqvayın 38-ci prezidenti olub, diktator kimi tanınıb. 7 sentyabr 1940-cı ildə Loma Qrandeyə uçuş zamanı onun və həyat yoldaşı Miranda Kuetonun olduğu təyyarə qəzaya uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin