Redaktor
Bank işçisi vətəndaşın əmanətini necə oğurlayıb, dəymiş ziyanı kim ödəyəcək? (ŞƏRH)
Rail Hüseynov adlı şəxs "Bank Respublika"nın Sabirabad filialının korperativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub. Bununla bağlı məlumatı Qafqazinfo saytı yayıb.
Yayılan məlumatda qeyd olunub ki, Rail adlı şəxs 2023-cü ilin yanvar-may ayları ərzində ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb, “TikTok” sosial şəbəkəsində hədiyyələr alıb. Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər.
O, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü vəsaiti geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub. Belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Bundan sonra, o, götürdüyü vəsaiti də geri qoya bilməyib.
Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən işdən çıxarılıb. Lakin bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda - 158.969,0 manat ziyan dəyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rail Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bəs bankda bu cür hallar necə baş verir, müştəriyə dəymiş ziyan necə qaytarılır?
Bununla bağlı Valyuta.az-n suallarına cavab verən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bu hal ondan xəbər verir ki, bankların risklərinin idarə etməsi sistemi bərbad işləyir:

"Qanunvericiliyi əsasən banklarda "4 göz" deyilən bir prinsip var, yəni, ən azı iki nəfər hər bir bank əməliyyatını təsdiqləməlidir. Bu da belə halların qarşısının alınması üçündür. Bank əməkdaşları müraciət edən şəxslərin sənədlərin uyğunluğuna, doğruluğuna nəzarət etməlidir. Hətta bəzi banklarda bunu yoxlayıb təsdiqləmək üç nəfərin səlahiyyəti olur. Belə nəticə çıxır ki, ya həmin sistem yoxdur, ya da formal işləyir".
Ekspert deyib ki, bank işçisinin əmanətçinin xəbəri olmadan həmin şəxsin depozitini bankdan çıxarmasının adı oğurluqdur:
"Amma bunun əmanətçiyə heç bir aiddiyyatı yoxdur. Əmanətçi belə olan halda da pulunu bankdan tələb edəcək. Çünki işçisinin oğurluq etməsinin məsuliyyətini bank daşıyır. Bankın vəzifəsi ona etubar edilən əmanətləri qorumaqdır".
Əkrəm Həsənov bildirib ki, bütün hallarda banka qoyulan əmanəti ya şəxs özü çıxara, ya da verdiyi etibarnamə əsasında çıxarıla bilər:
"Bu etibarnamə isə notarial qaydada təsdiq edilməlidir. Azərbaycanda kartdan pulun oğurlanması halları olub, ancaq kiminsə əmanətinin bankdan çıxarılmasına hələ rast gəlinməyib".
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən çıxarıldıqdan sonra öz onlayn biznesini qurdu - SƏHƏR OXUSU
02.04.2026Fitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026