Redaktor
Çinin baş naziri söz verdi: Onların maraqlarını qoruyacağıq
Çin hakimiyyəti ölkə bazarında təmsil olunan bütün şirkətlərin maraqlarını qoruyacaq və investorlar üçün daha əlverişli şərait yaradacaq.
Valyuta.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsyan deyib.
O, Birinci Çin Beynəlxalq Təchizat Zənciri Sərgisinin açılış mərasimində deyib: “Çin birinci dərəcəli bazar yönümlü biznes mühiti yaratmağa, onun leqallaşdırılmasına və beynəlmiləlləşməsinə təminat verməyə, bütün müəssisələrin qanuni hüquq və maraqlarını qorumağa davam edəcək”.
Çin hökuməti başçısının sözlərinə görə, Çin hakimiyyəti ayrı-seçkilikdən uzaq siyasət yürüdəcək, milli və xarici müəssisələr üçün bərabər imkanlar yaradacaq, investorların maraqlarını daha da səmərəli şəkildə qorumaq üçün yeni tədbirlər hazırlayacaq. O, Çinin dünyada dayanıqlı, dinamik təchizat zəncirlərini saxlamağa sadiq olduğunu və qlobal iqtisadiyyatın bərpasına töhfə verəcəyini vurğulayıb.
"Birlikdə biz bəşəriyyət üçün daha yaxşı bir gələcək yaradacağıq", - Li Tsyan deyib.
Noyabrın 28-dən dekabrın 2-dək Pekində ilk Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi keçirilir. Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi Komitəsi tərəfindən təşkil edilən tədbirdə 50-yə yaxın ölkə və region iştirak edir, onun məqsədi qlobal bazarda qeyri-sabit vəziyyətdə əmtəə və xidmətlərin istehsalı və marketinqi üçün effektiv çoxtərəfli mexanizmlərin saxlanılması və gücləndirilməsi üzrə şirkətlərin səylərinin əlaqələndirilməsini təmin etməkdir.
Nicat
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026