BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
47174

"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqaviləni Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) Baş icraçı direktoru, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol imzalayıblar. 

Tərəflər ölkə iqtisadiyyatının inkişafı istiqamətində IsDB ilə əməkdaşlığı, Azərbaycanda ticarətin maliyyələşdirilməsini, kiçik və orta biznesə (KOB) dəstək imkanlarının genişləndirilməsini müzakirə ediblər. Eləcə də islam maliyyəsinin tətbiqində Korporasiyanın roluna diqqət ayıraraq, bu istiqamətdə atılacaq növbəti birgə addımlara dair fikir mübadiləsi aparılıb. Müqavilə islam maliyyəsi prinsiplərinə uyğun olaraq kiçik və orta biznesə dəstək olmaqla, özəl sektorun müştərilərinin müxtəlif ehtiyaclarının qarşılanması üçün ticarətin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını nəzərdə tutur. 

"Biz Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə bu mühüm sazişi imzalamaqdan və Azərbaycanda iqtisadi artımın təşviqinə dəstək verməkdən məmnunuq. Bu tərəfdaşlıq Rabitəbankın kiçik və orta biznesin inkişafını dəstəklədiyinə dair öhdəliyini vurğulayır. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək üçün ticarətin maliyyələşdirilməsi təşəbbüslərini irəli sürmək və özəl sektor müştərilərimizi gücləndirmək üçün islam maliyyəsi prinsipləri ilə irəliləməyi hədəfləyirik", - deyə Aydın Hüseynov vurğulayıb. 

"Rabitəbank" ilə bu əməkdaşlıq Azərbaycanda ticari maliyyələşdirmə üzrə daimi səylərimizdə konkret addımdır. Məqsədimiz lazımi maliyyə vasitələri və resursları təqdim etməklə özəl sektorun, xüsusilə də KOB-un inkişafını stimullaşdırmaqdır. Bu saziş İslam maliyyəsi prinsiplərinə əsaslanaraq milli iqtisadiyyatın inkişafına töhfə vermək səylərimizdə mühüm mərhələni təmsil edir", - deyə Hani Salem Sonbol deyib.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Rusiyaya qarşı sanksiyalar ABŞ dollarına necə təsir edəcək? - FED-dən açıqlama

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin