“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək
“Google” şirkəti yaşıl enerjiyə asanlıqla keçid edə bilmək məqsədilə Finlandiyadakı əsas məlumat mərkəzini genişləndirmək üçün 1 milyard avro (1,1 milyard dollar) xərcləməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Genişlənmə tədbirləri nəticəsində bu il və gələn il işçilərin sayını 500 nəfərə çatdıracaq.
Mərkəz, ölkənin cənub sahilindəki Hamina şəhərində yerləşir. Bölgə bərpaolunan enerji sahəsində yaxşı imkanlar təqdim edir.
Texnologiya nəhəngi eyni zamanda iş prosesində yaranan artıq istiliyin ərazidəki evlərin qızdırılmasında istifadə etmək üçün yerli kommunal müəssisə ilə birgə layihəyə imza atıb. Mərkəzləşdirilmiş istilik təchizatı adlanan bu texnologiya artıq Şimali Avropanın bəzi yerlərində mövcuddur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay