Redaktor
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.
Valyuta.az xəbər verir ki, Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:
"Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər. Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır”.
E.Muradlının sözlərinə görə, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:
"Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.
Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur”.
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki, vətəndaşlar tanınmış şirkətlərlə işləməyə çalışmalıdır:
"Bağlanan müqavilələrə diqqət edilməlidir ki, lizinq dövrünün sonunda əmlakın mülkiyyətinin onlara keçəcəyinə əmin olsunlar. Alqı-satqılar rəsmi distribüterlərdə aparılmalıdır. Bəzən qiymətlərə görə tanınmayan müəssiəslərə müraciət edirlər. Həmin müəssisələr üçün reputasiya önəmli deyil. Onlar bazarda uzun müddət qalmır, yaxud əvvəlcədən dələduzluq əməlini planlaşdırırlar”.
"Vətəndaş istənilən halda diqqətli olmalıdır. Yadda saxlamaq lazımdır ki, banklar lizinq faəliyyəti ilə çox vaxt məşğul olmur. Bu fəaliyyətlə daha çox Bank Olmayan Kredit Təşkilatları (BOKT) məşğul olurlar. Onların da, adətən, faizləri yüksək olur. Ona görə də şərtlər diqqətli oxunmalıdır. Lizinq şirkətləri müştərini həvəsləndirmək üçün şirnikləndirici təkliflər edirlər. Dələduzluq qanuni fəaliyyət deyil ki, nəzarətə götürülsün. Əgər aldatmaq niyyətləri varsa, harada olsa, edəcəklər. Sadəcə olaraq diqqət etmək lazımdır”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026