Redaktor
İlon Maskın robotaksi layihəsi ABŞ-da etiraza səbəb oldu (VİDEO)
"Tesla" şirkətinin Ostində robotaksi xidmətinə başlama planı, yerli əhalinin təhlükəsizliklə bağlı narahatlıqları və İlon Maskın siyasi əlaqələri səbəbilə etirazlarla qarşılanıb. Etirazçılar avtonom sürüş texnologiyasının risklərinə diqqət çəkirlər.
Valyuta.az xəbər verir ki, "Tesla"nın Texas ştatının Ostin şəhərində robotaksi xidmətinə start vermə planları genişmiqyaslı etirazlara səbəb olub. Elektrikli avtomobil istehsalçısı 22 iyun tarixini rəsmi təqdimat günü olaraq təyin etsə də, yerli ictimaiyyət bu layihəyə siyasi narazılıq və təhlükəsizliklə bağlı səbəblərlə qarşı çıxır.
CNBC-nin məlumatına görə, ictimai təhlükəsizlik müdafiəçiləri və siyasi fəallar "Tesla"nın Ostindəki robotaksi təqdimatına qarşı çıxaraq etiraz aksiyaları keçirirlər. "Dawn Project", "Tesla Takedown" və "Resist Austin" kimi təşkilatlar şirkətin avtonom sürüş sistemlərinin təhlükəsizlik çatışmazlıqlarına diqqət çəkirlər.
"Dawn Project" Ostin sakinlərinə "Tesla"nın tam avtonom sürüş (Full Self-Driving – FSD) texnologiyasının təhlükələrini göstərmək məqsədilə 13.2.9 versiyalı FSD proqramı ilə təchiz olunmuş "Tesla Model Y" avtomobili ilə etiraza qatılıb. Test zamanı bu avtomobilin dayanacaq nişanını və məktəb avtobusunu görməzdən gəldiyi, hətta maşının qarşısına yerləşdirilmiş uşaq fiqurunu tapdaladığı iddia olunub.
Qeyd edək ki, FSD proqramı avtomatik zolaq izləmə, sükan idarəsi və park etmə funksiyalarını əhatə edir.
Bu testin hansı şəraitdə həyata keçirildiyi və "Tesla"nın məsələ ilə bağlı rəsmi mövqeyi hələlik dəqiq deyil. Lakin ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yayımlanan məlumatlar, FSD proqramında baş verən nasazlıqların daha əvvəl də bir sıra qəza və toqquşmalara səbəb olduğunu göstərir.
"Dawn Project"in baş direktoru Den O'Daud, həmçinin "Ford" və "Toyota" kimi böyük avtomobil istehsalçılarına təhlükəsizlik sistemləri təqdim edən başqa bir texnologiya şirkətinin də rəhbəridir.
Ostin sakinlərinin davam edən etirazlarına baxmayaraq, "Tesla"nın şəhərdə robotaksi xidmətini istifadəyə verə bilib-bilməyəcəyi hələ də aydın deyil. Həftənin əvvəlində İlon Mask FSD proqramının yeni versiyası olan “X” haqqında paylaşım edib.
Maskın son dövrlərlərdəki fəaliyyəti "Tesla"ya qarşı ictimai reaksiyanı daha da gücləndirib. Mask Tramp administrasiyasından ayrılsa da, ictimaiyyətin bir hissəsi hələ də onu və "Tesla"nı tənqid etməyə davam edir. Bu mənfi imicin satışlara da təsir etdiyi bildirilir. "Tesla" "Cybertruck" modelinin satışlarını artırmaq məqsədilə bu avtomobili sıfır faiz faiz dərəcəsi ilə satışa çıxarmağı planlaşdırır.
In 8 consecutive tests $TSLA Full Self-Driving 13.2.9 ran down child mannequins crossing the road while illegally blowing past a stopped school bus during our live FSD demo in Austin. We’ve warned Tesla for 2.5 years. They’ve done nothing. Why isn’t somebody in jail? pic.twitter.com/56i06dAUod — Dan O'Dowd (@RealDanODowd) June 13, 2025
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026