Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Redaktor

04.12.2025 16:43
97

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Artıq Yeni ilə çox az qalıb. Qərb ölkələrindən bizə keçən bu bayram ənənəsi hər il daha təmtəraqla qeyd edilir.

Valyuta.az Ölkə.Az-a istinadən xəbər verir ki, “Yeni il” deyəndə ilk ağla gələnlər bəzədilmiş şam ağacı və Şaxta babadır. Santa Klaus Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personajdır. Santa özünü yaxşı aparan uşaqlara Milad ərəfəsində hədiyyələr paylayan ağsaqqal kimi təsvir olunur. Amerikalılar Santanın Alyaskada, avropalılar isə onun Laplandiyada yaşadığına inanır.

Hər nə qədər Santanın “vətəni”ndən uzaqlarda yaşasaq da, ölkəmizdə çox sayda azyaşlı uşaq onun varlığına inanır. Qərbdəkindən fərqli olaraq bizdə, yəni ölkəmizdə Santa Klaus olmaq üçün xüsusi təlim keçmək kimi tələb yoxdur. Ayrı-ayrı şəxslər fərdi şəkildə bu cür xidmətlər təklif edir. 

Ölkəmizdə də sevilərək qeyd olunan bu bayramı səbirsizliklə gözləyənlər sözsüz ki, uşaqlardır. Bu bayramda övladlarını əyləndirmək istəyən valideynlər də öz növbəsində Şaxta babanı “sevindirməlidirlər”.

Qiymətlər əsasən personajların (kloun, Qar qız və s.) sayına, tədbirin müddətinə və şoulara görə dəyişir.

Ölkə.Az Şaxta Baba və Qar qızla bağlı kiçik bir araşdırma edib.

İlk əlaqə saxladığımız İlkin adlı şəxs bildirdi ki, qiymətlər şounun günündən və saatından asılı olaraq dəyişir.
Onun sözlərinə görə, əgər Şaxta baba 29 dekabrda gedəcəksə, ödəniş 100 manat, 31-i gündüz saatlarında gedəcəksə, 140 manat, öz gətirdiyi hədiyyəni təqdim edəcəksə, 200 manat təşkil edir.

31 dekabrda axşam saatlarında Şaxta baba çağırmaq istəyənlər isə 170 manat ödəməlidir; əlavə olaraq Qar qız da dəvət olunarsa, qiymət 200 manata qalxır. Bayram günü axşam saatlarında Şaxta baba + Qar qız evlərə dəvət olunarsa, qiymət bir az da baha — 350 manat olacaq.

Təşkilatçı olduğunu deyən şəxs bildirib ki, Şaxta baba və Qar qızla yanaşı, valideynlər köpük, alov şarı şousu, musiqi + hədiyyə olmasını istəyirsə, 1 saatlıq bu paketə 800 manat ödəməlidirlər.
Həmçinin qeyd olunur ki, bu zaman aktyorlar səliqəli və “geydirmə” olmayan libasda gəlirlər və keyfiyyət fərqi olur.

Növbəti əlaqə saxladığımız Emil adlı şəxs də bildirdi ki, tək Santa Klaus 70 manat, Qar qızla birlikdə 90 manatdır. Bu zaman valideyn özü aldığı hədiyyəni uşağa çatdırması üçün əvvəlcədən Şaxta babaya verməlidir.
Buraya sadəcə Santa Klausun musiqi ilə evə daxil olması, azyaşlı ilə söhbəti və foto çəkdirməsi daxildir.

Növbəti əlaqə saxladığımız yerlərdən də bildirdilər ki, qiymətlər məsafədən və gündən asılı olaraq dəyişir. Hələlik bayramdan bir az əvvələ təsadüf etdiyindən qiymətlər bir qədər aşağıdır. Qeyd olunur ki, 31 dekabrda Şaxta babaya 70 manat, Qar qızla birlikdə 130 manat ödəmək lazım gəlir.
Əgər Şaxta baba evə yox, restorandakı məclisə dəvət olunursa, qiymətlər artır.

Sumqayıtda isə Şaxta baba çağırmaq üçün 50 manat tələb olunur. Amma Sumqayıtda olan Şaxta baba Bakıya gəlirsə, qiymət yarım saat üçün 80–90 manat təşkil edəcək.

Əksər təşkilatçılar bildirib ki, Qar qıza o qədər tələbat yoxdur. Yeni il günü dəvət edilən Şaxta babalar yarım saatdan artıq qalmır.
Qiymətlərin bayrama yaxın günlərdə artması istisna edilmir.

Qeyd edək ki, builki qiymətlər ötən illərlə müqayisədə bir qədər yüksəkdir. Əgər 2022-ci ildə 40–45 dəqiqə üçün Şaxta babanın qiyməti 60–70 manat idisə, bu il 30–50 manatadək artım müşahidə olunur.

Əvvəlki illərdə 1,5 saatlıq Şaxta baba, Qar qız, köpük və şar şousundan ibarət paket üçün 150 manat ödəmək lazım idisə, indi 1 saat üçün bu rəqəm 350–800 aralığında dəyişir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Məzənnə

Yüklənir...