Vergi nədir? - Azərbaycanda tətbiq olunan vergi növləri

Redaktor

22.04.2025 16:30
432

Vergi nədir? - Azərbaycanda tətbiq olunan vergi növləri

Ölkələrin iqtisadi inkişafının və dövlət büdcəsinin əsas mənbələrindən biri də vergilərdir. Azərbaycanda vergi sistemi tənzimlənmiş və müxtəlif sahələri əhatə edən quruluşa malikdir. Bu sistem, həm fiziki, həm də hüquqi şəxslərin fəaliyyətlərini nəzərə alaraq müxtəlif vergi növlərini əhatə edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş bu vergilər, dövlətin sosial, iqtisadi və infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır.

Valyuta.az Azərbaycanda tətbiq edilən əsas vergi növləri, onların xüsusiyyətləri və tətbiq sahələri haqqında məlumatları təqdim edir: Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

  • Dövlət vergiləri
  • Muxtar respublika vergiləri
  • Yerli vergilər (bələdiyyə vergiləri).

Dövlət vergiləri dedikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında AR Vergi Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur. Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda sadalanan dövlət vergiləri aiddir. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, AR Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Ümumilikdə, vergilər birbaşa və dolayı olmaqla iki əsas kateqoriyaya bölünür. Qanunla müəyyən edilmiş əsas dövlət vergi növləri aşağıdakılardır:

  • Gəlir vergisi

Bu vergi fiziki şəxslərin gəlirlərindən, məsələn: əmək haqqı, əlavə gəlirlərdən tutulur.

  • Mənfəət vergisi

Hüquqi şəxslərin (şirkətlərin) əldə etdiyi xalis mənfəətdən tutulur. Bu verginin standart dərəcəsi 20%-dir.

  • Əlavə dəyər vergisi (ƏDV)

Malların və xidmətlərin dəyərinə əlavə olunan vergi ƏDV hesab olunur. Əlavə dəyər vergisinin standart dərəcəsi 18%-dir Sadələşdirilmiş vergi Bu vergi kiçik sahibkarlar üçün nəzərdə tutulur, gəlirin sadə faiz formasında ödənilməsi ilə tətbiq olunur. Əmlak vergisi Bu vergi fiziki və hüquqi şəxslərin daşınmaz əmlakı üzərində tətbiq olunur. Torpaq vergisi Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlardan ödənilir. Aksiz vergisi Bu vergi Lüks və ya sağlamlığa zərərli sayılan məhsullar üzərində, məsələn, spirtli içkilər, tütün məmulatları, avtomobil yanacağı və s. üzərində tətbiq olunur. Yol vergisi Yol vergisi Azərbaycanda və xarici ölkələrdə qeydiyyatda olan nəqliyyat vasitələrinə tətbiq olunur. Mədən vergisi Bu vergi yeraltı sərvətlərin (neft, qaz, tikinti materialları və s.) hasilatına görə tutulur.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...