Sosial işçilərlə bağlı qanunda dəyişiklik

Redaktor

19.03.2025 12:00
562

Sosial işçilərlə bağlı qanunda dəyişiklik

Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydası dəyişir.

Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Sosial xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, sosial xidmətin göstərilməsi barədə müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlananacaq. Qüvvədə olan qanunvericiliyə əsasən, həmin müddət müraciətin daxil olduğu gündən sonra 5 iş günüdür.

Bundan əlavə, şəxsin (ailənin) sosial xidmətə götürülməsi və ya ondan imtina edilməsi barədə qərarla bağlı qaydalar da dəyişir.

Belə ki, şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul ediləcək. Qüvvədə olan qanunvericiliyə əsasən, həmin müddət hesabatın təqdim edildiyi gündən sonra 5 iş günüdür.

Mövcud qanunla sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır. Qanun layihəsində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planın 5 iş günü ərzində hazırlanması təklif edilir. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Apple”, “Meta” kimi böyük şirkətlərin rəhbər şəxsləri Prezidentin qəbulunda

09.02.2026

Çöldə yemək yeyərkən maaşınızı israf edən 5 pis vərdiş

09.02.2026

Dövlət başçısı: Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

09.02.2026

Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib

09.02.2026

Fəzail Ağamalı vəfat etdi

09.02.2026

Pensiya artımı kimlərə şamil olunacaq?

09.02.2026

Milyonlarla dollara alındı: Tarixin ən bahalı domen adı indi bu oldu

09.02.2026

"Apple" yaxın həftələrdə böyük təqdimata hazırlaşır: Nələr gözlənilir?

09.02.2026

Rabitəbank müştəriləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar ®

09.02.2026

Bu il əlavə gəlir üçün "ChatGPT"nin təqdim etdiyi 4 praktik yanaşma

09.02.2026

Sabahdan bu müəllimlərin attestasiyasına başlanır

09.02.2026

"Barselona"nın prezidenti istefa verdi

09.02.2026

Nəsimi rayonunun yeni icra başçısı - Tərcümeyi-hal

09.02.2026

"Bolt"da qiymətlər bahalaşdı

09.02.2026

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib

09.02.2026

Tahir Budaqov icra başçısı təyin edildi

09.02.2026

Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib

09.02.2026

Prezidentdən pensiyalarla bağlı Sərəncam

09.02.2026

Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırıldı

09.02.2026

Bu kəndlərin su və kanalizasiya sistemi üçün 7 milyonluq tender elan edilib

09.02.2026

Məzənnə

Yüklənir...