Şəhər mərkəzində kirayədə qalmaq, yoxsa şəhərdən kənarda ev almaq?

Redaktor

25.12.2025 14:00
165

Şəhər mərkəzində kirayədə qalmaq, yoxsa şəhərdən kənarda ev almaq?

Bu gün bir çox insan ev almağı xəyal edir, amma kirayədə yaşayır. Bəziləri isə bilərəkdən kirayəni seçir. Kimi deyir azadlıq kirayədədir, kimi isə güvəni yalnız öz evində tapır. Amma məsələ təkcə seçim deyil, söhbət puldan, riskdən və gələcəkdən gedir.

Bəs ev sahibi olmaq, yoxsa kirayə qalmaq sərfəlidir?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Valyuta.az-a bildirir ki, Avropa, Türkiyə və digər inkişaf etmiş ölkələrin daşınmaz əmlak sektoruna nəzər saldıqda görürük ki, əhalinin böyük bir qismi kirayə mənzillərdə yaşayır:

“Bu tendensiyanın əsas səbəbi vətəndaşların qazandıqları əməkhaqqının işlədikləri əraziyə daha yaxın yerlərdə kirayə ev tutmağa bəs etməsidir. Digər səbəb isə, ölkədə iqtisadi şəraitin yaratdığı nəticələrdir. Kənd və rayonlarda işsizlik səviyyəsinin yüksək olması insanları böyük şəhərlərə köçməyə məcbur edir. Azərbaycanda vəziyyətə təsir edən mühüm amillərdən biri də 1-ci Qarabağ müharibəsi ilə əlaqədar yüz minlərlə insanın məcburi köçkün düşərək böyük şəhərlərə, xüsusilə Bakıya axın etməsi olub. Bu proses nəticəsində paytaxtda daşınmaz əmlaka tələbat kəskin artıb. Bu səbəbdən də ölkənin digər bölgələri ilə müqayisədə Bakıda qiymətlər yüksəlib, bölgələrdə isə daşınmaz əmlaka maraq azalıb”.

“İnsanların böyük bir hissəsi həm yaşamaq, həm də gəlir əldə etmək (yəni kirayə vermək) məqsədilə əsasən böyük şəhərlərdə əmlak almağa üstünlük verir. Bakı şəhərinə yaxın ərazilərdə — xüsusilə Xırdalan, Sumqayıt, Masazır və digər Bakıətrafı yaşayış məntəqələrində yaşayan vətəndaşların iş və təhsil yerlərinin paytaxtın mərkəzində yerləşməsi səbəbindən onlar çox vaxt öz evlərində yaşamır, şəhərin mərkəzində kirayə ev tuturlar. Bunun əsas səbəblərindən biri paytaxtı ətraf ərazilərlə birləşdirən yolların yüksək tıxac yüküdür. Tıxaclar həm vaxt itkisinə, həm də yol xərclərinin artmasına gətirib çıxarır. Nəticədə insanlar metro stansiyalarına yaxın ərazilərdə kirayə qalmağa üstünlük verirlər”- deyə ekspert qeyd edir.

E.Fərzəliyev bildirir ki, əlbəttə, hər bir vətəndaşın əmlak sahibi olmaq arzusu var:

“Lakin hazırda mənzil qiymətləri yüksək olduğundan bir çoxları hələlik bu arzunu reallaşdıra bilmir. Eyni zamanda kirayə qiymətləri də davamlı olaraq artır. Hazırda paytaxtın mərkəzi ərazilərində ən ucuz 1 otaqlı köhnə tikili mənzilin kirayəsi təxminən 400 manat təşkil edir. Otaq sayı artdıqca qiymətlər də yüksəlir. Yeni tikililərdə isə kirayə qiymətləri daha da bahadır. Bu səbəbdən mərkəzdə yaşamaq xüsusilə az təminatlı ailələr üçün çətinləşir. Buna görə bəzi insanlar kirayədə qalmaq əvəzinə yığıb uzunmüddətli perspektivdə əmlak almağa üstünlük verə bilərlər”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25.12.2025

Ən ucuz 10 idman avtomobili seçildi

25.12.2025

Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı

25.12.2025

Suriya yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Məzənnə

Yüklənir...