Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

Redaktor

25.12.2025 19:10
61

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

Əvvəllər texnologiya şirkətlərinin dividend ödəməsi nadir hal idi. Lakin müasir dövrdə daha yetkin mərhələyə keçmiş texnologiya şirkətləri səhmdarlara birbaşa gəlir təqdim etmək üçün dividend siyasətinə daha çox diqqət ayırmağa başlayıb.

Hazırda ABŞ-ın sevilən texnologiya nəhəngi və S&P 500 indeksində 2-ci ən böyük şirkət olan Apple, 2025-ci ilin noyabrına olan məlumata görə, hər səhm üçün illik 1,04 dollar dividend ödəyir. Bu isə o deməkdir ki, əgər bir investorun 100 ədəd Apple səhmı varsa, o, şirkətdən ildə 104 dollar nağd gəlir əldə edəcək. Hərçənd, dividend gəlirliyi  cəmi 0,39% təşkil edir — Apple-ın güclü pul ehtiyatları nəzərə alınarsa, bu ödənişi gələcəkdə artırmaq üçün geniş imkan mövcuddur. Şirkətin dividend gəlirini aşağı səviyyədə saxlaması isə pul vəsaitlərini daha çox gəlir gətirən istiqamətlərə — məsələn, elmi-tədqiqat və inkişaf fəaliyyətinə yönəltməyə imkan verir. Əgər siz Apple kimi profili olan — yüksək səviyyəli reputasiya, güclü və proqnozlaşdırılan pul axını, aktiv kapital artımı və dividend artımı potensialına malik şirkətlər axtarırsınızsa — aşağıda təqdim olunan səhmlər araşdırmaya başlamaq üçün yaxşı nümunə sayıla bilər. 

Broadcom (AVGO)

İllik dividend: 2,36 dollar

Dividend gəlirliyi: 0,66%

Bazar kapitallaşması: 1,687 trilyon dollar

Broadcom, Apple qədər tanınmasa da, S&P 500-də 6-cı ən böyük şirkət sayılır. Şirkət Apple ilə müqayisədə təxminən 50% daha yüksək dividend gəlirliliyi təklif edir və eyni zamanda texnoloji sektor səviyyəsində böyümə potensialına malikdir.

Meta Platforms (META)

İllik dividend: 2,10 dollar

Dividend gəlirliyi: 0,33%

Bazar kapitallaşması: 1,573 trilyon dollar

Facebook-un ana şirkəti olan Meta, S&P 500-də 8-ci ən böyük şirkətdir. Meta yalnız 2024-cü ildən etibarən dividend ödəməyə başlayıb və hazırkı gəlirlilik Apple-dan daha aşağıdır. Lakin şirkət güclü pul axını yaradır və gələcəkdə Apple modeli üzrə dividend artımını davam etdirməsi gözlənilir.

Cisco Systems (CSCO)

İllik dividend: 1,64 dollar

Dividend gəlirliyi: 2,27%

Bazar kapitallaşması: 238,397 milyard dollar

Cisco texnoloji şirkətlər arasında dividend lideri sayılır. Onun 2,27%-lik dividend gəlirliliyi Apple və digər texnoloji nəhənglərin ödənişlərini ciddi şəkildə üstələyir. Şirkət gəlirinin təxminən 56%-ni abonentlik (subscription) əsaslı xidmətlərdən əldə edir ki, bu da pul axınını daha sabit edir və dividendlərin asanlıqla ödənilməsinə şərait yaradır. Cisco həm dividend gəliri, həm də artım potensialı olan şirkət axtaran investorlar üçün balanslı seçimdir.

Microsoft (MSFT)

İllik dividend: 3,64 dollar

Dividend gəlirliyi: 0,72%

Bazar kapitallaşması: 3,754 trilyon dollar

Microsoft uzun illərdir texnologiya sektorunun lideridir. Şirkətin məhsullarından demək olar ki, hər kəs istifadə edir. Dividend.com məlumatına görə, Microsoft ardıcıl 24 ildir dividend ödənişlərini artırır, və bu siyasət şirkətin genişlənən pul axını ilə paralel şəkildə inkişaf edir.

Texas Instruments (TXN)

İllik dividend: 5,68 dollar

Dividend gəlirliyi: 3,54%

Bazar kapitallaşması: 145,371 milyard dollar

Əgər yüksək dividend ödəyən texnologiya səhmi axtarırsınızsa, Texas Instruments ən uyğun nümunələrdən biridir. Şirkət Apple qədər populyar olmasa da, çip istehsalı bazarında əvəzolunmaz rol oynayır və bu, ona sabit pul axını və yüksək dividend ödəmək imkanı verir. Morningstar məlumatına görə, Texas Instruments texnologiya sektorunda 1985-ci ildə dividend ödəməyə başlayan ilk şirkətlərdən biri olub.

Müqayisə: Dividend Aristokratları

Yuxarıdakı texnoloji şirkətlərin dividend ödəməsi müsbət haldır, lakin "ənənəvi dividend investorları" üçün bu səhmlər çox vaxt siyahıya belə daxil edilmir. Çünki S&P 500-də orta dividend gəlirliliyi 1,17% təşkil edir — Apple və Microsoft kimi şirkətlərin 0,3–0,7%-lik dividendləri bu səviyyənin xeyli altındadır.

Dividend gəlirliliyinə görə daha cazibədar hesab olunan şirkətlər arasında:

Coca-Cola – 2,89%

PepsiCo – 3,99%

Procter & Gamble – 2,91%

Johnson & Johnson – 2,76%

Target – 5,03%

Hormel Foods – 5,24%

Bu kateqoriyaya daxil olan şirkətlər adətən 25 ildən artıq müddətdə hər il dividend ödənişlərini artıran “Dividend Aristokratları” adlanır.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25.12.2025

Ən ucuz 10 idman avtomobili seçildi

25.12.2025

Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı

25.12.2025

Suriya yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Məzənnə

Yüklənir...