"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

Redaktor

25.12.2025 17:20
144

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

Dünyaca məşhur dilöyrənmə platforması "Duolingo" bu qış da ənənəsini qoruyaraq, bütün əməkdaşlarına eyni vaxtda 2 həftəlik ödənişli tətil təqdim edib.

Valyuta.az xəbər verir ki, şirkətin həmtəsisçisi və CEO-su Luis von Ahn bildirib ki, kollektiv şəkildə tətil vermək fərdi məzuniyyətlərə nisbətən daha çox effektivlik və real istirahət təmin edir.

Hazırda təxminən 950 əməkdaşı olan və ilin ərzində işçi sayını 14% artıran şirkət, bu il də qərarını dəyişməyib. CEO-nun sözlərinə görə, bir çox korporasiyalar büdcələri daraldıb, işdən çıxarmalar edib, iş qaydalarını sərtləşdirib, lakin "Duolingo" bunun əksini seçərək “insana sərmayə” prinsipini qoruyub.

Niyə hər kəs eyni vaxtda tətilə çıxır?

Von Ahn qeyd edir ki, şəxsi məzuniyyətlər zamanı insan işdən qopmur - mesajlar yığılır, e-maillər cavabsız qalır və qayıdışda “geridə qalma” stressi yaranır. "Duolingo" isə tətili kollektivi ilə birlikdə edir, yəni iş prosesi dayanır və əməkdaşlar tamamən “kənarlaşa” bilir. Yalnız tətbiqin 24/7 fəaliyyətini təmin edən kiçik bir növbə heyəti aktiv qalır.

“İşə qayıdanda heç bir şeyə çatmaq məcburiyyəti olmur. Həqiqi istirahət üçün bu, həlledicidir”, - deyə  CEO bildirib.

2 həftəlik fasilə beynəlxalq komanda üçün vacibdir

Şirkətin əməkdaşları müxtəlif ölkələrdə yaşayır və bir çoxu ailəsinə qayıtmaq üçün uzun məsafələr -10 saatlıq uçuşlar edir. Von Ahn deyir ki, iki günlük həftəsonu belə səyahətlər üçün heç nəyi həll etmir. İki həftəlik fasilə isə real ailə vaxtı və şəxsi həyat üçün imkan yaradır.

CEO əlavə edir ki, uzun fasilə işçilərə təkcə dincəlmək yox, həm də düşünmək - şəxsi planları, həyat ritmini, karyera məqsədlərini yenidən dəyərləndirmək üçün imkan verir.

Xərc kimi görünən investisiya

"Duolingo" əməkdaşlara tətil zamanı da əməkhaqqı ödəyir, amma CEO-nun fikrincə, bu “xərc” deyil, şirkətin dayanıqlı qurulması üçün investisiyadır.

“Uzunömürlü şirkət yaratmaq üçün əsas olan şeyləri – insanı qorumaq lazımdır", - von Ahn qeyd edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25.12.2025

Ən ucuz 10 idman avtomobili seçildi

25.12.2025

Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı

25.12.2025

Suriya yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Məzənnə

Yüklənir...