Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

Redaktor

25.12.2025 15:45
155

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

Şəxsi maliyyə mövzusunda məşhur bloqları, videoları və podkastları izləyənlər tez-tez oxşar tövsiyə ilə qarşılaşırlar: gəlirin müəyyən hissəsi investisiyaya yönəldilməlidir. Bu, ümumilikdə düzgün maliyyə strategiyası hesab olunur. Lakin bəzi ekspertlər — o cümlədən sahibkar və investor Mark Kyuban (Mark Cuban) — portfelin böyük hissəsinin nağd vəsaitdə saxlanmasını daha məqsədəuyğun sayırlar.

Kyuban-ın bu yanaşmanı seçməsinin bir neçə əsas səbəbi var.

Maliyyə imkanlarını dərhal dəyərləndirmək imkanı

Dünyanın ən uğurlu investorlarından biri hesab edilən Uorren Baffet (Warren Buffett) uzun illərdir “səbr və uzunmüddətli saxlama” prinsipini təbliğ edir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, Baffet yalnız investisiya ilə kifayətlənmir — o, eyni zamanda böyük həcmdə nağd vəsait saxlayır.

2024-cü ilin sonunda Berkşir Heteuey (Berkshire Hathaway) şirkətinin nağd ehtiyatları 325 milyard dollara yüksəlib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Nağd kapitalın əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı aktiv — səhm, daşınmaz əmlak və ya nadir əşya — ucuzlaşdığı anda dərhal alım qərarı vermək mümkündür. Digər investorlar və şirkətlər likvidlik çatışmazlığı səbəbindən gözləməli olduqları halda, Baffet imkan yaranan kimi addım ataraq potensial qazancı maksimum dərəcədə artırır.

Bazarın kəskin dəyişkənliyindən qorunmaq

İnvestisiya sahəsində tez-tez səslənən qaydalardan biri “aşağı qiymətə al, yüksək qiymətə sat” prinsipidir. Lakin bazarın dəyişkənliyi hər zaman sərfəli nəticə vermir.

Mark Kyuban portfelinin böyük hissəsini nağd vəsaitdə saxlamasını siyasi qeyri-müəyyənlik, qlobal hadisələr və yeni texnoloji dəyişikliklərin bazarda kəskin itkilərə səbəb ola bilməsi ilə izah edir. Onun əsas prinsipi sadədir: “Mən itirmək istəmirəm və böyük riskləri sevmirəm”.

Gözlənilməz hallar üçün maliyyə yastığı

Nağd vəsait saxlamağın səbəbləri yalnız investisiya imkanları ilə məhdudlaşmır. Mütəxəssislər şəxsi maliyyə təhlükəsizliyi üçün təcili yardım fondunun yaradılmasını zəruri hesab edirlər. Maliyyə eksperti Reyçel Kruz (Rachel Cruze) tövsiyə edir ki, ən azı 3–6 aylıq xərcləri ödəyəcək məbləğ nağd şəkildə saxlanılsın.

Bu cür ehtiyat fondu işdən çıxarılma, gözlənilməz tibbi xərclər, avtomobilin xarab olması və ailə büdcəsinə ciddi təsir göstərən digər fövqəladə hallarda mühüm rol oynayır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25.12.2025

Ən ucuz 10 idman avtomobili seçildi

25.12.2025

Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı

25.12.2025

Suriya yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Məzənnə

Yüklənir...