Redaktor
Rusiya aktivlərinin Kiyevə ötürülməsi bir-iki il çəkə bilər
Estoniya Xarici İşlər Nazirliyinin hüquq və konsulluq məsələləri üzrə vitse-kansleri Erki Kodar Rusiya aktivlərinin Ukraynaya ötürülməsi mexanizmindən danışıb.
Valyuta.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Vitse-kanslerin sözlərinə görə, qanun layihəsinin parlamentdə birinci oxunuşdan keçməsinə baxmayaraq, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün beynəlxalq müqavilələr sisteminin yaradılması bir-iki il çəkəcək.
"Belə bir sistemin yaradılması müəyyən vaxt apara bilər. Bu, beynəlxalq müqavilələr baxımından bir və ya iki il davan edəcək”, deyə rəsmi izah edib.
Kodar əlavə edib ki, Rusiyanın Estoniyadakı dondurulmuş aktivlərinin məbləği təxminən 30 milyon avrodur.
Bundan əvvəl Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Aİ fevralın ortalarında xarici işlər nazirlərinin görüşünə qədər Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı yekun razılaşma əldə etməyi gözləyir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"
02.04.2026MİDA-da rəhbər vəzifəyə təyinat olub
02.04.2026Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər
02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı
02.04.2026“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər
02.04.2026Bank sektorunun xalis mənfəəti 6% artıb
02.04.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
02.04.2026İlham Əliyev Qırğızıstana səfər edəcək
02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?
02.04.2026"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
02.04.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib
02.04.2026"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026