Rəhbərin öz şirkətinə etdiyi ən böyük səhv: “İşçidən çox işçi var”

Redaktor

30.09.2024 12:07
578

Rəhbərin öz şirkətinə etdiyi ən böyük səhv: “İşçidən çox işçi var”

Bəzən rəhbər şəxslər “işçidən çox işçi var” deyə düşünürlər. Hansısa əməkdaş işdən ayrılanda, onu saxlamağa cəhd etmirlər. Bəzi rəhbərlər isə əksinə, düşünürlər ki, yaxşı kadrı itirmək şirkətə ziyan vurur. Çünki yaxşı kadrlar şirkətin sərvətidir. Hansı yanaşma doğrudur? “İşçidən çox işçi var” ifadəsinin işlədilməsi nə dərəcədə doğrudur? 

Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, texniki olaraq bu düşüncə tərzində səhv olmasa da, işçilərə dəyər verilməsi baxımından yanlışdır: “Texniki olaraq düşünsək, həqiqətən də bazarda işçidən çox işçi var. İnsanlar var olan işini dəyişdirib, daha yaxşı şərtlərdə olan iş tapmaq istəyir. Yaxud bazara yeni kadrlar daxil olur. Problem yaradan məsələ şirkətlərin, sahibkarların işçilərini dəyərsizləşdirməyidir. Onlara “Sənin varlığın bizim üçün önəmli deyil”, “Sən olmasan, başqası olacaq” deyərək, o insanı fərd olaraq dəyərsizləşdirirlər. Əslində, bu, rəhbərin öz şirkətinə etdiyi ən böyük səhvdir”. 

O bildirib ki, özünün və fəaliyyətinin nəticəsinin faydasız olduğunu düşünən işçinin şirkətinin inkişafı üçün aktiv və məsuliyyətli olmasına ümid edə bilmərik: “Əgər iş sahibi “İşçidən çox işçi var” deyirsə, işçi də sahibkardan çox sahibkar olduğunu düşünür. İşçinin fəaliyyətində hər hansı problem varsa, onu həll etmək, dəstəkləmək kənardan işçi alıb onun üzərində işləməkdən daha az sərfəlidir. Başqa bir işçini tapmaq, onu şirkətə, işə adaptasiya etmək həm vaxt, həm də maddi problemdir. Ən yaxşı şərtdə bu vəziyyət 3 və ya 6 ay vaxt aparır. İçəridə sistemi öyrənən, işə adaptasiya olan işçiniz varkən, ona istiqamət verməyiniz daha doğru olar”.

“Özünü güvəndə hiss etməyən işçi heç vaxt yaxşı fəaliyyət göstərə bilmir. Hər an işini itirmək qorxusu yaşayır. Həmçinin bir-birinə güvənməyən, dəstək olmayan komanda yaratmış olursuz”, - deyə A.Kandemir vurğulayıb. 

A.Kandemir kadrlara yanaşmanın şirkətin maliyyə məsələlərinə birbaşa təsir etdiyini vurğuladı:
“Orta hesabla aylıq maaşı 500 manat olan təcrübəsiz işçinin maaşının 40 %-ə qədəri şirkət üçün əlavə xərcdir. Bu əlavə xərclər qısa zaman ərzində gözə görünməsə də, şirkətin illik büdcəsi 35-40 % aralığında ziyana məruz qalır. Şirkətin maliyyə tendensiyası azalır. İş sahəsində təcrübəli olan işçinizin üzərində işləməklə isə, şirkətin gəlirini 15-20 % artırmış olursuz”.

Təlimçinin fikrinə görə, hər bir iş dəyərli kapital olan insanla qarşılıqlı münasibətlər çərçivəsində formalaşdığı üçün işə götürülən şəxslərin texniki bilikləri ilə birlikdə iş mədəniyyətinə və prinsipinə uyğunluğuna diqqət etmək lazımdır: “İnsanlara dəyər vermək, əmək fəaliyyətini artırmaq, inkişaf yönümlü təlim və proqramlara cəlb etmək daha real və rasionaldır”.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

Məzənnə

Yüklənir...