Redaktor
"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır
"Facebook"un sahibi olan "Meta Platforms" şirkəti gələn həftə gözlənilən ümumi ixtisarları həyata keçirməyi planlaşdırır, eyni zamanda maşın öyrənməsi mühəndislərinin sürətli işə qəbulunu davam etdirir.
Valyuta.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Meta"nın insan resursları üzrə rəhbəri Canell Qale tərəfindən yazılmış daxili posta əsasən, işini itirəcək əməkdaşlara bildirişlər bazar ertəsi səhər göndəriləcək. Bu, ABŞ da daxil olmaqla əksər ölkələrə şamil olunacaq.
Almaniya, Fransa, İtaliya və Niderlandda çalışan əməkdaşlar yerli qaydalara görə ixtisarlardan azad ediləcək. Digər onlarla Avropa, Asiya və Afrika ölkəsində isə bildirişlər fevralın 11-dən 18-dək göndəriləcək.
"Meta"nın sözçüsü isə bu barədə şərh verməkdən imtina edib.
Şirkət keçən ay təsdiqləmişdi ki, ümumi işçi qüvvəsinin təxminən 5%-ni təşkil edən "ən aşağı göstəricilərə malik" əməkdaşları ixtisar etməyi və bəzi vəzifələri yenidən doldurmağı planlaşdırır. Cümə günü yayımlanan daxili sənəddə Qale bu ixtisarları "performansa əsaslanan işdən çıxarmalar" kimi xarakterizə edib.
Bundan əlavə, cümə günü "Meta"nın monetizasiya üzrə mühəndislik vitse-prezidenti Penq Fan tərəfindən yayımlanan başqa bir daxili sənəddə işçilərdən maşın öyrənməsi mühəndisləri və digər "biznes üçün vacib" mühəndislik vəzifələrinə sürətli işə qəbul prosesinə dəstək vermələri istənilib.
Fanın bildirdiyinə görə, bu proses fevralın 11-dən martın 13-dək davam edəcək.
"Sürətli işə qəbul hədəflərimizə çatmaqda və 2025-ci il üçün şirkətimizin prioritetlərinə daha yaxşı uyğunlaşmaqda göstərdiyiniz dəstəyə görə təşəkkür edirik", – deyə onun paylaşımında qeyd olunub.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026