Redaktor
"İsmayıloğulları" MMC inzibati xəta törədib
"İsmayıloğulları" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
Qeyd:
1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır.
İşə 19 fevral tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Sabiq İsbəndərli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026