"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Redaktor

10.06.2025 15:30
310

"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Süni intellekt dövründə təhsil alıb peşə qazanmağa çalışan bir tələbəsinizsə, "Google"un süni intellekt bölməsinin baş direktoru Demis Hassabisin tövsiyələrinə diqqət yetirməyiniz tövsiyə olunur. O, süni intellekt və gələcək haqqında dəyərli fikirlər səsləndirib.

Valyuta.az xəbər verir ki, "Google AI"ın baş direktoru Demis Hassabis süni intellektin əmək bazarını sürətlə dəyişdirdiyi bir dövrdə tələbələrə önəmli tövsiyələr verib.

Hassabis yeni dövrdə dəyərli bir peşəyə sahib olmaq istəyən tələbələrə elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərinə öncəlik verməyi və süni intellekt alətlərindən səmərəli şəkildə istifadə etməyi tövsiyə edir. O, süni intellektin gələcəkdə yeni və dəyərli iş yerləri yaradacağını və xüsusilə texniki bacarıqlara sahib şəxslərin bu sahədə uğurlu olacağını qeyd edir.

O, tələbələrin süni intellekt sistemlərinin necə işlədiyini anlamaq üçün riyaziyyat, fizika və kompüter elmi kimi təməl elmlərə diqqət yetirməli olduqlarını vurğulayır. Həmçinin, süni intellekt alətləri ilə praktiki təcrübə qazanmağın əhəmiyyətinə diqqət çəkərək, bu alətlərdən innovativ şəkildə istifadə edə bilənlərin rəqabət üstünlüyü əldə edəcəyini bildirir.

Hassabis gələcək nəsillərin süni intellektlə iç-içə böyüyəcəyini və buna görə də süni intellekt savadlılığının həyati bir bacarıq olacağını xüsusilə vurğulayır.

Hassabis, süni intellektin bəzi iş itkilərinə yol aça biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, insanın uyğunlaşma qabiliyyətinə inandığını və süni intellektin təsirini sənaye inqilabı ilə müqayisə edir. O, süni intellektin müştəri xidməti, məzmun yaradılması və proqramlaşdırma kimi funksiyaları üzərinə götürməsi ilə bu texnologiyalardan effektiv istifadə edə bilən işçilərin “super gücə” sahib olacağını bildirir. Hassabis, qarşıdakı 5-10 il ərzində süni intellektin yeni və dəyərli iş sahələri yaradacağını və texniki biliklərə malik şəxslərin bu dəyişikliklərin ön sıralarında yer alacağını vurğulayır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...