Redaktor
"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu
"Android 15" əməliyyat sisteminə sahib olmaq istəyən cihazlar üçün "Google" yeni sertifikatlaşdırma tələbləri təqdim edib.
Valyuta.az "Android Authority" portalına istinadən xəbər verir ki, bu dəyişikliklər bir çox istehsalçıların ucuz smartfon modellərini bu sistemə uyğunlaşdırmasını mümkünsüz edəcək.
Əsas yeniliklərdən biri cihazda minimum 32 GB daimi yaddaşın olmasıdır. Bu yaddaşın ən azı 75%-i istifadəçi məlumatları üçün əlçatan olmalıdır. Bu tələbi yerinə yetirməyən cihazlar yalnız "Android"in açıq mənbə kodlu versiyası (AOSP) ilə işləyə bilər. Lakin "Google Mobile Services" (GMS) - yəni "Play Store" və digər "Google" tətbiqlərinə çıxış - üçün bu yeni standartlara uyğunluq zəruridir.
Bundan əlavə, "Android 15" ilə işləyən cihazlar üçün aşağıdakı tələblər də müəyyən edilib:
* 2 və ya 3 GB operativ yaddaşa sahib cihazlar resursların optimizasiyasını dəstəkləməlidir.
* 4 GB RAM olan cihazlar isə bu texnologiyanı istehsalçının seçiminə əsasən tətbiq edə bilər.
* Cihaz Vulkan 1.3 və ya daha yeni versiyasını dəstəkləməlidir.
* OpenGL ES" ilə işləyən tətbiqlərlə uyğunluğu təmin etmək üçün ANGLE kitabxanaları daxil edilməlidir.
"Google" həmçinin "Bluetooth 5.0" və ya daha yüksək versiyanın istifadə olunmasını tövsiyə edir ki, bu da eşitmə aparatları və "Widevine L1" protokolunu dəstəkləyən aparat dekoderləri ilə uyğunluq üçündür. Bu tələblər "Android 16" üçün məcburi olacaq.
Hər bir "Android 15" cihazı fövqəladə hallarda fasiləsiz zəng zamanı təcili yardım xidmətlərinə istifadəçinin təcili əlaqə məlumatlarını və yerləşməsini ötürmək imkanına malik olmalıdır.
Bu yeni qaydalar, xüsusilə sərfəli büdcə telefonlarının gələcəkdə "Google" sertifikatlı "Android" sistemləri ilə satışa çıxarılmasını çətinləşdirə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026