Qiymətləndiricilər Palatasının ilk konfransı keçirilib

Redaktor

21.12.2024 16:15
689

Qiymətləndiricilər Palatasının ilk konfransı keçirilib

Dekabrın 21-də Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ilk konfransı keçirilib.

Valyuta.Az xəbər verir ki, tədbir qiymətləndirmə sahəsinin hazırkı vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq təcrübələrin tətbiqi mövzularına həsr olunub.

Konfransı açan Palatanın İdarə Heyətinin sədri Nüsrət İbrahimov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun icrası çərçivəsində yaradılan Qiymətləndiricilər Palatası qısa müddətdə qiymətləndirmə sahəsində müasir standartların tətbiq edilməsi istiqamətində vacib addımlar atıb.

Onun sözlərinə görə, bu ilin oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən 9 istiqamət üzrə keçirilən ilk imtahan mərhələsində 106 qiymətləndirici yüksək nəticə əldə edərək, peşəkar qiymətləndirici statusunu qazanıb. Hazırda Palata rəhbərliyi normativ sənədlərin hazırlanması və qiymətləndiricilərin peşəkar fəaliyyətini təşkil etmək üçün intensiv iş aparır.

Tədbirdə Qiymətləndiricilər Palatasının Nizamnaməsi və Əsasnaməsi təqdim edilib və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılib.

Konfransda qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və prespektivlərə dair müzakirələr aparılır.

Tədbirdə dövlət qurumlarının rəsmiləri, qiymətləndirmə sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər, habelə Palatanın üzvləri iştirak ediblər. Panel müzakirələr təşkil olunub, təqdimatlar və interaktiv fikir mübadilələri aparılıb.

Qeyd olunub ki, Qiymətləndiricilər Palatası qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılması istiqamətində fəaliyyət göstərir. Palata, həmçinin peşəkar kadrların inkişafını təmin etmək məqsədilə təlim və sertifikasiya proqramlarını həyata keçirəcək. Bu təşəbbüslər ölkə iqtisadiyyatının müxtəlif sektorlarında daha dəqiq, şəffaf və effektiv qiymətləndirmə mexanizmlərinin qurulmasına mühüm töhfə verəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...