Qiymət bahalaşdı, istehsal azaldı

Redaktor

17.04.2025 00:10
350

Qiymət bahalaşdı, istehsal azaldı

Cari ilin ilk üç ayında Azərbaycanda 6 min 431 ton miqdarında kərə yağı istehsal edilib. 

Valyuta.az statistik məlumatlara əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı istehsalında azalmanın olduğunu deməyə əsas verir.

Belə ki, ötən il 6 min 554 ton kərə yağı istehsal olunub. Nəticə etibarı ilə illik müqayisədə kərə yağı istehsalı 123,5 ton və ya 1,88% azalıb.  

2025-ci ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 6,8 ton olub.
Qeyd edək ki, yaxın günlərdə bazarda kərə yağının qiymətində bahalaşma müşahidə olunur. 

Sərvanə Rəmixanova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...