Redaktor
Prezident İlham Əliyev Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.
"Report"un İsveçrəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlət başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves "BTG Pactual"ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş "BTG Pactual" təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
19.01.2026İlham Əliyev Davosda "Vestas Wind Systems" şirkətinin rəsmisi ilə görüşüb
19.01.2026Çinin Tiencin şəhərindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb
19.01.2026Kəmaləddin Heydərov yeni rəis təyin etdi - FOTO
19.01.2026Prezident İlham Əliyev Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
19.01.2026500 manatlıq əsginası olanların nəzərinə - Mərkəzi Bank açıqladı
19.01.2026300 min borca düşən "Buta Elektroniks"in direktoru işdən çıxarıldı
19.01.2026"Atari" geri çəkildi: 8 şəhərdə otel şəbəkəsi planı alt-üst oldu
19.01.2026Süni intellekt haqqında 5 ən böyük yanlış fikir
19.01.2026İlon Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollar tələb edir
19.01.2026Orta aylıq əməkhaqqı min manatı keçən sahələr - SİYAHI
19.01.2026Azərbaycanda ən yuxarı və ən aşağı sürətli internet satan şirkətlər - SİYAHI
19.01.2026Bakı metrosunda iş saatı uzadılacaq
19.01.2026Avtobusla sərnişin daşımalarının həcmi artıb
19.01.2026“BYD Motors Baku” borca düşdü
19.01.2026Qeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi
19.01.2026Bakıda 10 avtobusun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
19.01.2026COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026