Redaktor
"Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmaması hüquqi boşluqdur"
"Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhər daxilində nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli tənzimlənməsini zəruri edir”.
Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isə bu gün aktual hüquqi boşluqlardan biridir. Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda, parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir təminat almır.
Mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir.
Bu məqsədlə təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin”, - deputat bildirib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur
26.12.2025Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır
26.12.2025İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı
26.12.2025Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR
26.12.2025Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib
26.12.2025Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT
26.12.2025Yeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər
26.12.2025Mərkəzi Bank “AtaSığorta”ya məcburi göstərişi verdi
26.12.2025Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
26.12.2025Bakıda müəllimlər 1088 manat maaş alırlar
26.12.2025“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki
26.12.2025Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
26.12.2025