Niyə 5-ci gün iş yerlərində &quot;Dress Code&quot; olmur? - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

04.02.2025 11:30
420

Niyə 5-ci gün iş yerlərində "Dress Code" olmur? - SƏHƏR OXUSU

Əksər şirkətlərdə cümə günü (iş həftəsinin 5-ci günü) geyim qaydalarının daha sərbəst olması ənənəsi "Casual Friday" kimi tanınır. 

Valyuta.az xəbər verir ki, “Casual Friday” konsepsiyası dünyada bir çox ölkədə məhşurlaşıb və müxtəlif iş mühitlərində tətbiq olunur. Əsasən Qərb ölkələrində başlayan bu ənənə, zamanla bir çox başqa ölkələrə də yayılıb.

    ⇒ Daha çox xəbər üçün Telegram kanalımıza abunə olun

Konsepsiya, startaplar, texnologiya şirkətləri, media firmaları və yaradıcı sənayelərdə daha genişdir. Həmçinin, iş mühitinin mədəniyyətinə görə, bəzi skandinaviya ölkələrində və gələcək yönümlü şirkətlərdə də geniş yayılmağa başlayıb. Lakin daha rəsmi və qapalı iş mühitləri olan bəzi ölkələrdə, məsələn Asiya və Yaxın Şərq ölkələrində, bu ənənə hələ də məhdud və az tətbiq olunur.

Həftəsonuna keçidi yumşaltmaq

İş həftəsinin 5-ci günü “dress-code” un olmamasının əsas səbəbi işçilərin motivasiyasını artırmaq, iş mühitini daha komfortlu etmək və həftəsonuna keçidi asanlaşdırmaqdır. Bu, işçilərə psixoloji olaraq iş həftəsinin bitməsinə az qaldığını hiss etdirir və motivasiyanı artırır.

Ancaq bu qayda hər şirkətdə tətbiq olunmur və əsasən şirkətin korporativ siyasətindən asılıdır.

Belə ki, şirkətlər iş həftəsinin digər günlərində ciddi geyim qaydalarına riayət edirlər. Lakin həftədə bir gün sərbəst geyinmək imkanı yaratmaq, işçilərin ciddi “dress-code” qaydalarına daha rahat əməl etməsinə kömək edir.

Rahat geyinmək işçilərə daha sərbəst və komfortlu işləmək imkanı yaradır. Bu, xüsusilə yaradıcı sahələrdə çalışanlar üçün daha məhsuldar ola bilər.

Şirkətlər getdikcə daha çevik və dostyana mühit yaratmağa çalışırlar. Xüsusilə texnologiya və startap sektoru kimi sahələrdə sərbəst geyim günləri işçilərin şirkətə bağlılığını artırır. İşçilər cümə günündən həftəsonuna keçidi hiss etdikləri üçün həmin gün formal geyim tələbi yüngülləşdirilir. Bu, onların sosial həyatına və şəxsi planlarına daha asan uyğunlaşmalarına kömək edir.

“Casual Friday” necə yarandı?

“Casual Friday” konsepsiyası 1960-cı illərdə Havayidə yaranıb və daha sonra Amerika ofislərinə yayılıb. Bu ənənənin əsasını "Aloha Friday" adlanan bir təşəbbüs qoyub. Havayidə yerli bizneslər işçilərə hər cümə günü rəsmi geyim əvəzinə rahat və yerli hava şəraitinə uyğun geyinməyə icazə verməyə başladılar.

1960-cı illərdə Havayidə geyim sənayesi Aloha köynəklərini (Havay köynəkləri) tanıtmaq üçün "Aloha Friday" kampaniyasını başlatdı. Şirkətlər dəstək olaraq işçilərə cümə günləri daha rahat geyinməyə icazə verdilər.

1980-ci illərdə konsepsiya ABŞ-ın qitə hissəsinə yayıldı. Xüsusilə "Levi’s" kimi markalar bu trendi dəstəklədi və iş geyimi üçün "business casual" anlayışını inkişaf etdirdi.

1990-cı illər də isə bir çox iri korporasiyalar, xüsusilə texnologiya şirkətləri, cümə günləri işçilərə rahat geyinmək icazəsi verdilər.

Bəzi ölkələrdə və şirkətlərdə bu konsepsiya "Dress-down Friday" kimi də tanınır. 

Maya Hüseynova / Valyuta.Az / SƏHƏR OXUSU

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...